Sen
2018
15:43
459
135
7573
Virtual karabakh

İlham Əliyev və Putin Soçidə görüşdülər – YENİLƏNİB

1 Sen, 2018
15:43
7573

İlham Əliyev və Putin Soçidə görüşdülər – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya prezidenti Vladimir Putin hesab edir ki, şənbə günü Azərbaycan prezidenti İlham Əliyevlə imzaladığı birgə bəyanat Moskva və Bakı arasında münasibətlərin inkişafına yeni impuls verəcək, Oxu.Az TASS-a istinadən xəbər verir.

“Əminəm ki, dövlət qurumlarının rəhbərləri və biznes nümayəndələrinin də iştirak etdiyi bügünkü danışıqlar ümumilikdə Rusiya-Azərbaycan münasibətlərinin inkişafına əlavə impuls verəcək. Azərbaycan prezidenti ilə imzalanmış birgə bəyanat, həmçinin bir sıra hökumətlərarası və qurumlararası sənədlərin imzalanması məhz buna yönəlib”, - Rusiya prezidenti qeyd edib.

Putin bildirib ki, bügünkü görüş “konstruktiv və işgüzar mühitdə” keçib. O qeyd edib ki, Rusiya və Azərbaycanı “möhkəm dostluq və tərəfdaşlıq ənənəsi” bağlayır. 

Rusiya prezidenti hesab edir ki, “iki dövlət arasındakı münasibətlər səmimi qonşuluq, hörmət və etibar prinsiplərinə əsaslanan tərəfdaşlıq xarakteri daşıyır”.

V.Putin tərəfdaşlığın əsas istiqamətlərinin inkişafına dair Planın imzalanmasını xüsusi qeyd edib:

“Bu sənəd ticarətin və qarşılıqlı investisiyanın genişləndirilməsi, nəqliyyat marşrutlarının yaradılması, həmçini humanitar, eləcə də mədəniyyət və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi ilə bağlı “yol xəritəsi”ni özündəehtiva edir”.

14:58

Rəsmi Moskva və Bakı Azərbaycan prezidenti İlham Əliyevin Rusiyaya səfəri çərçivəsində müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə dair 10 sənəd imzalayıb.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, sənədlər İlham Əliyevlə Vladimir Putinin danışıqlarından sonra iki ölkə prezidentinin iştirakı ilə imzalanıb.

13:36

Bu gün biz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələləri, eləcə də, regional problemləri müzakirə edəcəyik.

Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə Soçidə görüşü zamanı deyib.

Azərbaycan və Rusiya prezidentləri bəyan ediblər ki, rəsmi Moskva və Bakının münasibətlərindən razıdırlar.

“Bizim görüşlərimiz daimi xarakter daşıyır. Təbii ki, bu strateji tərəfdaşlıq adlandırdığımız geniş əlaqələrdir”, - Rusiya prezidenti İlham Əliyevi Soçidə qarşılayarkən deyib.

Putinin sözlərinə görə, “münasibətlər həm siyasi, həm də iqtisadi xətt üzrə inkişaf edir”.

“Ötən il ticarət dövriyyəsi 34 faiz, cari ilin ilk aylarında mülki məhsulların satışı 20 faiz artıb”, - Putin qeyd edib.

Vladimir Putin etiraf edib ki, İlham Əliyevin Rusiyaya səfər təklifini qəbul etdiyinə şaddır.

Azərbaycan prezidentinin fikrincə, Rusiya prezidenti ilə görüşlər “iki ölkənin münasibətlərinə dinamizm gətirir”.

“Biz bütün sahələrdə əlaqələrin inkişaf səviyyəsindən razıyıq, münasibətlərimiz effektiv inkişaf edir”,- İlham Əliyev deyib.

Azərbaycan prezidentinin sözlərinə görə, “iqtisadi əməkdaşlıq üçün böyük potensial var”.

“Əminəm ki, ticarət dövriyəsi növbəti illərdə də artacaq”, - o qeyd edib.

Dövlət başçısı əminliyini vurğulayıb ki, bugünkü görüş iki ölkənin münasibətlərinə əlavə impuls verəcək”.

İlham Əliyev Vladimir Putinlə yeni görüşə şad olduğunu bildirib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri