Sen
2018
14:33
42
109
1656
Virtual karabakh

ATƏT-in baş katibi Azərbaycana gəlir

4 Sen, 2018
14:33
1656

ATƏT-in baş katibi Azərbaycana gəlir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gələn həftə, sentyabrın 11-də ATƏT-in baş katibi Tomas Qreminger  Azərbaycana səfər edəcək.

Bu haqda Oxu.Az-a açıqlamasında Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

XİN rəsmisi bildirib ki, T.Qreminger səfər çərçivəsində müxtəlif görüşlər, o cümlədən Azərbaycan XİN-də görüş keçirəcək.

“Görüşlərdə siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunacaq”, - deyə o bildirib.

H.Hacıyev əlavə edib ki, səfər zamanı Qarabağ münaqişəsinin nizamlanması məsələsinin müzakirə olunacağı istisna deyil.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri