28 
Sen
2018
11:38
130
42
4218
Virtual karabakh

Rəhmon MDB liderləri üçün Dostluq gecəsi təşkil etdi - FOTO

28 Sen, 2018
11:38
4218

Rəhmon MDB liderləri üçün Dostluq gecəsi təşkil etdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Düşənbədə MDB dövlət başçıları üçün Dostluq gecəsi keçirilib. 

Oxu.Az xəbər verir ki, bununla bağlı Tacikistan prezidentinin mətbuat xidməti məlumat yayıb. 

Hökumət iqamətgahının bağında prezidentlər gözəl masa arxasında toplaşıblar. Nahara Rusiya prezidenti Vladimir Putin bir az gecikib. O, Düşənbə aeroportuna gəldikdən dərhal sonra həmkarlarına qoşulub. 

Dostluq gecəsində Azərbaycan prezidenti İlham Əliyev, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Qırğızıstan rəhbəri Sooronbay Jeenbekov, Moldova prezidenti İqor Dodon, Belarus prezidenti Aleksandr Lukaşenko, Özbəkistan prezidenti Şövkət Mirziyoyev və Ermənistan baş naziri Nikol Paşinyan qatılıb. 

Bundan sonra siyasətçilər gecə gəzintisinə çıxıblar və Tacikistanda yetişdirilmiş meyvə və tərəvəzlərlə tanış olublar. 

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri