Okt
2018
09:05
23
173
2938
Virtual karabakh

Milli Məclisin payız sessiyası başladı

1 Okt, 2018
09:05
2938

Milli Məclisin payız sessiyası başladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Məclisin (MM) növbəti - 2018-ci il payız sessiyası oktyabrın 1-də öz işinə başlayıb.

Oxu.Az-ın xəbərinə görə, payız sessiyasının ilk plenar iclası öz işinə dövlət himninin oxunması və səslənməsi ilə start verib.

Qeyd edək ki, daha çox büdcə sessiyası kimi tanınan payız sessiyası dekabr ayının 30-dək fasilələrlə davam edəcək.

Sessiya dövründə (təxminən noyabr ayında) 2019-cu ilin dövlət büdcəsi zərfi əvvəlcə komitələrdə, sonra isə plenar iclaslarda müzakirə edilərək, qəbul olunacaq.

Sessiyanın ilk plenar iclasının gündəliyinə 60-dan çox məsələ daxil edilib.

İlk iclasda payız sessiyasının qanunvericilik işləri planı təsdiqlənəcək, qanun layihələri müzakirələrdən keçirilərək, birinci oxunuşda qəbul ediləcək.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri