Okt
2018
13:27
10
168
1545
Virtual karabakh

Məmmədyarov Mnatsakanyanla görüşəcək

8 Okt, 2018
13:27
1545

Məmmədyarov Mnatsakanyanla görüşəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov Zöhrab Mnatsakanyanın növbəti görüşü bu ilin sonuna planlaşdırılır.

Bu barədə Oxu.Az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, cari ilin 26 sentyabr tarixində Nyu Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə baş tutan görüşündən sonra həmsədrlər tərəfindən verilmiş açıqlamada da qeyd edildiyi kimi, həmsədrlərin yaxın zamanda bölgəyə səfərinin həyata keçirilməsi və cari ilin sonunadək Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında növbəti görüşün keçirilməsi nəzərdə tutulur.

Görüşün detalları diplomatik kanallar vasitəsilə razılaşdırılır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri