Okt
2018
13:55
35
162
1761
Virtual karabakh

Trampın müşaviri Bakı və Yerevana səfər edəcək

8 Okt, 2018
13:55
1761

Trampın müşaviri Bakı və Yerevana səfər edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton yaxın vaxtlarda Ermənistan və Azərbaycana səfər edəcək. 

Oxu.Az xəbər verir ki, bununla bağlı “Sputnik Ermənistan” politoloq Suren Sarkisyana istinadla məlumat yayıb. 

O bildirib ki, səfər müşavirin təşəbbüsü ilə həyata keçiriləcək. 

“Vaşinqtonun nüfuzlu şəxslərindən biri iki həftədən sonra Rusiya, Ermənistan, Azərbaycan və Gürcüstana səfər edəcək. Bu, Ermənistan üçün ikitərəfli gündəliyə baxılmasında imkanlar yaradacaq”, - ekspert deyib. 

Sarkisyan əmindir ki, erməni tərəfi “ciddi məsələləri” Bolton vasitəsilə həll etməyə qərar verib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri