12 
Okt
2018
12:59
39
153
6544
Virtual karabakh

Makrondan Yerevanda Qarabağla bağlı incə işarə - ŞƏRH

12 Okt, 2018
12:59
6544

Makrondan Yerevanda Qarabağla bağlı incə işarə - ŞƏRH

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ və Almaniya rəsmilərinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi və Dağlıq Qarabağ regionunun işğalının tanınmaması ilə bağlı bəyanatları Yerevana soyuq duş olub. Makronun səfəri isə Yerevanda məyusluğu artırıb. 

Bu fikirləri Oxu.Az-a açıqlamasında “Baku Network” ekspertlər qrupunun rəhbəri, azərbaycanlı politoloq Elxan Ələsgərov Fransa prezidenti Emmanuel Makronunun Yerevan və Bakıya səfərlərini şərh edərkən deyib.

Onun sözlərinə görə, Makronun Yerevanda keçirilən Frankofoniya beynəlxalq sammitindən sonra Bakıya rəsmi səfərə gedəcəyi Ermənistanda ümumi kədərə səbəb olub. 

“Axı uzun müddət Ermənistan Parisin dəstəyinə arxalanırdı, məhz o, Dağlıq Qarabağ probleminin həlli məsələsində Yerevana güzəştə gedilməsinin əsas səbəb idi”, - ekspert deyib. 

Müsahibimiz əlavə edib ki, “frankofon” sammiti uğursuz olub, çünki sammitdə iştirak üçün dövlət başçıları dəvət edilsə də, ölkələr tədbirdə ən aşağı səviyyədə təmsil olunub:

“Sammitdə Makrondan və Livan prezidenti Mişel Naim Ayndan başqa yüksək vəzifəli dövlət xadimi olmayıb. Hətta “soyqırım” abidəsi önündə çəkilən fotoda çox az adam olub. 

Yerevanın “frankofon” ideyası tamamilə darmadağın olub, yeri gəlmişkən, ermənilərin fransız dili ilə heç bir əlaqəsi yoxdur. 

Hamı bilir ki, erməni dili 35 faiz fars və ərəb sözlərindən, 25 faiz türk sözlərindən təşkil olunub, bu dildə yalnız bir söz – “mersi” fransız dilindən götürülüb. Tədbir təşkilatçılarının yeganə uğuru Makronun “erməni soyqırımı” ilə bağlı dediyi sözlər olub”, - Ələsgərov bildirib. 

Fransa prezidenti Emmanuel Makron Yerevanda çıxışı zamanı deyib ki, Fransa erməni diasporu ilə birlikdə “erməni soyqırımı”nın beynəlxalq səviyyədə tanınması üçün mübarizəsini davam etdirir. 

Bununla yanaşı, ekspert əlavə edib ki, Qarabağ mövzusunda gözlənilən baş verdi. Prezident Makron Yerevanın mərkəzində qurulmuş və “DQR” ekspozisiyasının nümayiş etdirildiyi ziyarətdə iştirak etməyib. 

“Görünür, Fransa prezidenti bu tədbirdə Bakının istəmədiyinə görə iştirak etməyib. Bununla fransız lider göstərib ki, Qarabağ avantürasında Yerevana dəstək verməyəcək və Fransanın regionla bağlı gələcək siyasəti daha da balanslaşdırılmış olacaq. 

Makron çıxışı zamanı Yerevanın Dağlıq Qarabağ məsələsində dəstək kimi qəbul edəcəyi sözlərdən də istifadə etməyib. 

Bəzi müşahidəçilər qeyd ediblər ki, son vaxtlar Bakının uğurlu siyasəti nəticəsində Ermənistan diplomatiyası Fransa istiqamətində uğursuzluğa düçar olub. Makronun Yerevana səfəri zamanı Qarabağla bağlı ermənipərəst bəyanatların olmaması, çox güman ki, Fransa üçün Makronun Azərbaycana səfərinin vacibliyi ilə bağlıdır”, - ekspert qeyd edib.  

Onun sözlərinə görə, gözlənilir ki, məhz Bakıda fransız prezident Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı real danışıqlar aparacaq və ola bilsin ki, Bakı ilə hərbi-partul gəmilərinin və raketlərinin satılması sazişini bağlasın. 

“Bu sifariş Bakıdakı gəmiqayırma zavodunda hazırlanacaq üç ədəd “Gowind” (OPV 90) gəmisi ilə bağlıdır. “Naval Group” şirkəti tərəfindən hazırlanan yüksəksinifli “OPV 90” partul gəmisi 2012-ci ildən Fransa ordusunun silahlanmasına verilib. 

Azərbaycan bu gəmilərlə bağlı üç ildən artıqdır danışıqlar aparır. 

1450 tonluq gəmilər Bakıda fransız mütəxəssislərin köməyi ilə hazırlanacaq. Bu gəmilər Azərbaycan Hərbi Dəniz Qüvvələrinin balansındakı ən böyük tonnajlı və güclü gəmi olacaq”, - Ələkbərov bildirib. 

Ə.Ş.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri