13 
Okt
2018
11:39
59
31
2679
Virtual karabakh

Bolton Azərbaycana səfərin məqsədi barədə

13 Okt, 2018
11:39
2679

Bolton Azərbaycana səfərin məqsədi barədə

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Azərbaycan, Ermənistan və Gürcüstana səfəri zamanı bu ölkələrin Suriyada vəziyyətin tənzimlənməsinə təminatçı dövlətlərin - İran, Rusiya və Türkiyə ilə münasibətlərində oynadıqları geosiyasi rolun vacibliyini dəyərləndirəcək.

Oxu.Az xəbər verir ki, o, bu fikirlərini jurnalist Xyu Xyuittuya müsahibəsində deyib. 

Rusiyaya səfərindən danışan Bolton deyib ki, Moskvaya Rusiya və ABŞ arasındakı münasibətlərin yaxşılaşması və ölkələr arasında birgə fəaliyyət zamanı ortaya çıxan problemlərin müzakirəsi üçün gedir.

“Rusiyaya səfərimin məqsədi bu ilin yayında Helsinkidə prezident Donald Tramp və prezident Vladimir Putin arasında olmuş görüşün davamı kimi ABŞ və Rusiya münasibətlərinin müzakirəsini davam etdirməkdir”, - Bolton deyib. 

Prezidentin müşaviri qeyd edib ki, həftədə bir dəfə gündəlikdəki məsələləri müzakirə etmək üçün Pentaqon rəhbəri Ceyms Mettis və dövlət katibi Maykl Pompeo ilə işgüzar səhər yeməyi yeyir. Eyni zamanda, bu görüşlərdən birində tərəflər Rusiyaya səfər ətrafında fikir mübadiləsi aparıblar.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri