15 
Okt
2018
18:49
8
68
1701
Virtual karabakh

Məmmədyarov fransalı həmsədrlə Qarabağı müzakirə edib

15 Okt, 2018
18:49
1701

Məmmədyarov fransalı həmsədrlə Qarabağı müzakirə edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskonti ilə görüşüb. 

XİN-dən Oxu.Az-a verilən məlumata görə, görüş “Şərq Tərəfdaşlığı” ölkələrinin Lüksemburqda keçirilən nazirlər görüşü çərçivəsində baş tutub. 

Tərəflər BMT-nin Baş Assambleyası çərçivəsində Nyu-Yorkda baş tutan birgə görüşdən sonra danışıqlar prosesinin hazırkı vəziyyətini müzakirə edib və ATƏT-in Minsk Qrupunun həm-sədrlərinin bölgəyə qarşıdan gələn səfəri üzrə fikir mübadiləsi aparıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri