16 
Okt
2018
10:36
9
66
2898
Virtual karabakh

10 il sonra siyasi dünya: Münaqişələr daha çox olacaq - ŞƏRH

16 Okt, 2018
10:36
2898

10 il sonra siyasi dünya: Münaqişələr daha çox olacaq - ŞƏRH

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Siyasi dünya 10-20 ildən sonra fərqli olacaq. Biz güclü dövlətlərin necə zəiflədiyini görəcəyik. O dövrdə yeni münaqişələr başlayacaq və Yaxın Şərqdəki gərgin vəziyyət davam edəcək. İnsan haqları ilə bağlı məsələlər daha da aktual olacaq. 

Bu fikirləri Oxu.Az-a açıqlamasında Türkiyənin Texnologiyalar və İqtisadiyyat Universitetinin professoru, politoloq Toğrul İsmayıl deyib.

Onun proqnozlarına görə, dünya əhalisinin sayının sürətlə artması, içməli su və ekoloji problemlər 10 ildən sonra siyasi problemləri üstələyəcək. 

“Burada əsas diqqət yetirilməli məqam BMT Təhlükəsizlik Şurasının beş daimi üzvünün dünya silah ixracatı üzrə lider olmasıdır. Əgər silahlar satılırsa, onların istifadə ediləcəyi vaxt da açıqlanacaq.

Ən maraqlısı isə silahların ən çox hansı regionlara satıl. Bu, o deməkdir ki, yaxın 20 ildə bu regionlarda sülh olmayacaq”, - müsahibimiz bildirib. 

Politoloq türk dünyası məsələsinə də toxunub:

“Özünüdərk, milli identiklik, qlobal təzyiq və iqtisadi problemlər türk dövlətlərini bir yerə toplayır. 10-20 ildən sonra türk dünyasının əsas siyasi qüvvə olması mümkündür”.

Türkiyə ilə bağlı fikirlərini bölüşən Toğrul İsmayıl deyib ki, bu ölkədə siyasi həyat çox fəaldır:

“Əlavə edim ki, Türkiyənin yerləşdiyi region digərlərindən aktivliyi ilə seçilir - müxtəlif münaqişələr, həllolunmaz problemlər və s. Təsadüfi deyil ki, Avropa və Balkanlarda yerləşən, Yaxın Şərq, Qafqaz və Qara dəniz sahilləri ilə sərhəd olan dövlət ətrafında baş verənləri tənzimləyir. Bu proseslər Türkiyənin siyasi və iqtisadi həyatına təsir edir”, - ekspert vurğulayıb. 

O qeyd edib ki, Türkiyə öz imkanlarını maksimum dərəcədə gücləndirməyə və ölkənin iqtisadi potensialını təmin etməyə çalışır.

“Ancaq müasir Türkiyənin iqtisadi modeli daha çox qoyulmuş investisiyalardan asılıdır. Münaqişə olan zaman investisiya qoyulması çox çətin olur. Misal üçün, Türkiyə Yaxın Şərq ölkələri olan Qətər və Səudiyyə Ərəbistanından nəhəng investisiyalar əldə edirdi, indi isə...”, - müsahibimiz deyib. 

Toğrul İsmayıl Dağlıq Qarabağ məsələsinə toxunub:

“Bu münaqişə regionun təhlükəsizliyinə mənfi təsir göstərir. Türkiyə, əlbəttə ki, Azərbaycandan sonra münaqişənin həllinə çalışan ən maraqlı tərəfdir. Münaqişə həll olunmadan Ermənistanla münasibətlər yaxşılaşmayacaq, bu, çox aydındır”.

Ə.Ş.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri