23 
Okt
2018
13:44
30
199
2353
Virtual karabakh

Məmmədyarov: Ermənistan ölkəmə qarşı hərbi təcavüzü davam etdirir

23 Okt, 2018
13:44
2353

Məmmədyarov: Ermənistan ölkəmə qarşı hərbi təcavüzü davam etdirir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan Azərbaycana qarşı hərbi təcavüzü davam etdirir.

Oxu.Az xəbər verir ki, bu fikirləri Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov “RİA Novosti” agentliyinə müsahibəsində Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyünün mümkünlüyü ilə bağlı sualı cavablandırarkən deyib. 

Onun sözlərinə görə, Bakı KTMT üzvü olan bütün dövlətlərlə geniş ikitərəfli dialoqu və əməkdaşlıq əlaqələrini inkişaf etdirir. 

“Təbii ki, Azərbaycana qarşı hərbi təcavüzü davam etdirən, ölkəmin beynəlxalq səviyyədə tanınan ərazilərini işğal edən, həmin yerlərdə yaşayan azərbaycanlıların qanlı etnik təmizlənməsini həyata keçirən Ermənistan bu məsələdə istisnadır”, - nazir qeyd edib.

Ə.Ş.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri