26 
Okt
2018
14:58
91
25
4377
Virtual karabakh

“Tsarqrad” icmalçısı: 907-ci düzəlişin ləğvi siyasi jest olacaq

26 Okt, 2018
14:58
4377

“Tsarqrad” icmalçısı: 907-ci düzəlişin ləğvi siyasi jest olacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

907-ci düzəlişin ləğvi siyasi jestdir və bu, qonşu Ermənistandan fərqli olaraq, Azərbaycan iqtisadiyyatına müsbət təsir göstərəcək.

Bu fikirləri Oxu.Az-a açıqlamasında “Tsarqrad” telekanalının siyasi icmalçısı, siyasi elmlər namizədi Kamran Həsənov deyib.

Onun fikrincə, bu, ABŞ-ın münaqişə tərəflərinə qarşı neytral xarakterini göstərir, belə ki, hazırda Bakı 907-ci düzəlişi ABŞ-dakı erməni lobbisinin qələbəsi hesab edirdi.

“Boltonun bəyanatlarında İran faktoru olmaması qəribə səslənərdi. Onun Azərbaycanın ABŞ-ın beynəlxalq və regional miqyasda əsas geosiyasi rəqibi olan Rusiya və İranla sərhəddə yerləşməsini vurğulaması təsadüfi deyildi. Azərbaycanın müdafiə nazirinin İsrailə səfəri buna dair müəyyən fikirlər yaradır”, - K.Həsənov bildirib. 

Ekspert qeyd edib ki, Bolton bir strateq kimi İranın sanksiyalardan “xilas yolu” sayılan, bu ölkənin neftini Dehli və Moskva vasitəsilə Avropa bazarına çıxışını təmin edən “Cənub-Şimal” layihəsini əldə verə bilməz. 

“Və buna görə 907-ci düzəlişi ləğv etməklə Vaşinqton Bakının rəğbətini qazanmağa çalışır”, - müsahibimiz qeyd edib. 

Xatırladaq ki, ABŞ Konqresi tərəfindən “Azadlığa dəstək aktı” adlanan qanunun qəbulundan 25 il ötür. 907-ci düzəlişə əsasən, ABŞ hökumətinin dövlət səviyyəsində Azərbaycanın rəsmi strukturlarına yardım göstərməsi qadağan edilib.

Ə.Ş.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri