30 
Okt
2018
20:54
51
114
3760
Virtual karabakh

Azərbaycan nümayəndə heyəti Sofiyaya yollandı

30 Okt, 2018
20:54
3760

Azərbaycan nümayəndə heyəti Sofiyaya yollandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Bolqarıstanın paytaxtı Sofiya şəhərinə rəsmi səfərə yollanıb. 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, nümayəndə heyətinə Azərbaycanın Milli Məclisi, Energetika Nazirliyi və Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nümayəndələri daxildir.

Səfər çərçivəsində E.Məmmədyarovun Bolqarıstanın yüksək səviyyəli rəsmiləri ilə görüşü, eləcə də Azərbaycanla Bolqarıstan arasında Strateji Dialoqun birinci iclası keçiriləcək.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri