Noy
2018
12:14
121
53
2093
Virtual karabakh

Novruz Məmmədov qazaxıstanlı həmkarı ilə görüşüb

2 Noy, 2018
12:14
2093

Novruz Məmmədov qazaxıstanlı həmkarı ilə görüşüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müstəqil Dövlətlər Birliyi (MDB) Hökumət Başçıları Şurasının növbəti iclasında iştirak etmək üçün Astanada səfərdə olan Azərbaycanın baş naziri Novruz Məmmədov qazaxıstanlı həmkarı Bakıtjan Saqintayevlə görüşüb.

Oxu.Az xəbər verir ki, görüş zamanı ikitərəfli əməkdaşlıq münasibətlərinin inkişafı, aktual regional və beynəlxalq məsələlər müzakirə edilib.

Qazaxıstanın Baş naziri Bakıtjan Saqintayev bildirib ki, MDB Hökumət Başçıları Şurası regional və beynəlxalq məsələlərin müzakirəsi üçün əlverişli əməkdaşlıq platforması olmaqla yanaşı, müasir dövrün çağırışlarına uyğun birgə tədbirlərin həyata keçirilməsinə də öz töhfəsini verir.

Baş nazir Novruz Məmmədov Azərbaycan ilə Qazaxıstan arasında əlaqələrin daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb və bunun üçün geniş imkanların olduğunu diqqətə çatdırıb.

O qeyd edib ki, ölkələrimizi tarixi dostluq, qardaşlıq telləri bağlayır. Azərbaycanla Qazaxıstanın strateji tərəfdaşlar olduğunu bildirən Novruz Məmmədov deyib:

“Bizim ölkələrin liderləri - ulu öndər Heydər ƏliyevNursultan Nazarbayev hələ Sovet dövründə iki dost, qardaş xalqın rəhbərləri kimi sıx əməkdaşlıq şəraitində çalışıblar. Bu ənənələr müstəqillik illərində daha da inkişaf etdirilib. Azərbaycan prezidenti İlham Əliyev də Qazaxıstanla ikitərəfli faydalı əməkdaşlığı xarici siyasətimizin prioritetləri sırasında hər zaman vurğulayıb”.

Görüşdə bildirilib ki, Azərbaycan və Qazaxıstan Çindən Avropaya qədər uzanan beynəlxalq nəqliyyat dəhlizinin üzərində yerləşir. Hər iki ölkə bu tranzit xəttin imkanlarından maksimum dərəcədə faydalanmaqda maraqlıdır.

Baş nazirlər bu baxımdan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, Yeni Bakı Beynəlxalq Dəniz Limanının, Qazaxıstanın qərb və şərq sərhədlərini birləşdirən dəmir yolu xətlərinin və Kurık dəniz limanının əhəmiyyətini qeyd ediblər.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri