12 
Noy
2018
12:02
168
48
5243
Virtual karabakh

Minsk Ermənistanın nazı ilə oynamayacaq - BAKIDAN BAXIŞ

12 Noy, 2018
12:02
5243

Minsk Ermənistanın nazı ilə oynamayacaq - BAKIDAN BAXIŞ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Astanada keçirilən KTMT iclasına Ermənistan baş nazirinin vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyan çox arxayın gəlmişdi. Ermənistandakı parlament seçkilərinə qədər o, Astanada uğur əldə etmək və bu hərbi təşkilata öz nümayəndəsi Vaqarsak Arutunyanı təyin etmək istəyirdi. O, hələ sentyabrda bunu Putindən xahiş etmişdi. Bəs Astanada nə baş verdi? 

Bu məsələni Oxu.Az-a açıqlamasında Azərbaycan Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının eksperti, politoloq Zaur Məmmədov şərh edib.

“Paşinyanın fikrincə, Ermənistanın hələ il yarım vaxtı var və buna görə bu ölkənin hüququdur ki, yeni sədr Ermənistanı təmsil edəcək. Luakşenko isə Paşinyana izah etdi ki, Ermənistanın nazı ilə oynayan deyil. Rotasiyaya uyğun olaraq, növbə Belarusundur”, - ekspert bildirib. 

Onun sözlərinə görə, məsələ burasındadır ki, KTMT-nin daxili nizamnaməsində boşluq var və sədrin fors-major vəziyyətlərdə postundan kənarlaşdırılması ilə bağlı heç nə yazılmayıb. 

Zaur Məmmədov qeyd edib ki, Putin Valeri Semerikovun sədr vəzifəsini icra etməsini iki dövlət başçısı arasındakı mübahisədən çıxış yolu kimi görürdü.

“90 dəqiqə planlaşdırılan iclas mübahisələrə görə üç saata yaxın davam etdi. Kuluarlarda isə Minsk-Astana-Bakı üçbucağından danışılırdı. Belarusun sədrliyə namizədi olan Stanislav Zas Bakı hərbi məktəbinin yetirməsidir və onun Azərbaycanla yaxşı əlaqələri var. Yeri gəlmişkən, 2019-cu ilin aprelindən cəbhədə vəziyyət dəyişməlidir. KTMT-də sədrin Belarusdan olması bizim üçün çox yaxşı olacaq”, - deyə ekspert əlavə edib. 

Politoloqun fikrincə, indi növbə Moskva, Astana və Minsk arasında konsensusun əldə olunmasındadır. 

“Semerikov ilə Zas arasında seçim ediləcək. Astana və Minskin Moskvanı öz cinahlarına çəkib-çəkməyəcəyini isə zaman göstərəcək”, - Z.Məmmədov əlavə edib.

Ə.Ş.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri