13 
Noy
2018
18:14
618
68
11837
Virtual karabakh

İlham Əliyev bir qrup şəxsi təltif etdi - SİYAHI

13 Noy, 2018
18:14
11837

İlham Əliyev bir qrup şəxsi təltif etdi - SİYAHI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Oxu.Az xəbər verir ki, Azərbaycanda geologiya və geofizika elminin inkişafında xidmətlərinə görə Quliyev Hətəm Hidayət oğluna “Əməkdar elm xadimi”, Babazadə Oqtay Baba oğlu və İsrafilov Yusif Həbib oğluna isə “Əməkdar mühəndis” fəxri adı verilib.

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycanda geologiya və geofizika elminin inkişafında xidmətlərinə görə Kəngərli Tələt Nəsrulla oğlu və Muxtarov Abdulvahab Şərif oğlu “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif ediliblər.

Prezident İlham Əliyev daha bir sərəncamla Əliyev Adil Abas Əli oğlunu “Şöhrət” ordeni ilə, Abdullayeva Rasimə Rəşid qızı, Biryukova Larisa Nikolayevna, Rzayev Azay Qurbətoviç, Vəliyev Zəki Abdulla oğlu, Vəliyeva Vəsilə Aslan qızıZöhrabova Vəcihə Ramazan qızını “Tərəqqi” medalı ilə təltif edib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri