14 
Noy
2018
11:46
5
90
1675
Virtual karabakh

Rəsmi Bakı Azərbaycan və Ermənistan XİN başçılarının görüşü barədə

14 Noy, 2018
11:46
1675

Rəsmi Bakı Azərbaycan və Ermənistan XİN başçılarının görüşü barədə

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Ermənistan xarici işlər naziri ilə nəinki beynəlxalq tədbir çərçivəsində, həm də kənar formatda substantiv və nəticəyə yönəlik danışıqlar üçün görüşməyə razı olduğunu hər zaman bildirib.

Bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyanın bu ilin dekabr ayında Milanda keçiriləcək ATƏT-in Nazirlər Şurasının iclası çərçivəsində görüşəcəyi barədə mətbuatda yayılan məlumata münasibət bildirərək deyib.

Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan XİN başçılarının belə görüşlərinin təşkili istiqamətində müvafiq iş aparırlar: 

“Azərbaycan tərəfi həmsədrlərin sülh danışıqlarını irəli aparmaq və Ermənistanı danışıqlarda konstruktiv mövqeyə gətirmək təklifini dəstəkləyir”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri