21 
Noy
2018
16:19
273
81
4894
Virtual karabakh

Solovyov: Çətin ki, digər prezidentlər Əliyev və Putinlə müqayisə olunsun

21 Noy, 2018
16:19
4894

Solovyov: Çətin ki, digər prezidentlər Əliyev və Putinlə müqayisə olunsun

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan prezidenti İlham Əliyevin Rusiya və Azərbaycan mətbuatında baş verənləri nə qədər ətraflı anlamasının şahidi olmaq çox xoş idi. 

Bu fikirləri Oxu.Az-a açıqlamasında Rusiya Jurnalistlər Birliyinin sədri Vladimir Solovyov deyib. 

Onun sözlərinə görə, İlham Əliyev söhbət zamanı dünyanın müxtəlif ölkələrindən, o cümlədən Rusiyadan bir çox jurnalistlərin soyadlarını çəkib. 

“Hiss edirəm ki, o, şəxsən gün ərzində mətbuatı izləyir. İş burasındadır ki, o, Qərb mediasını ingilis, bizimkini rus, Türkiyə mətbuatını isə türk dilində izləyir. Məhz dil bilikləri sayəsində onun bu cür materiallarla problemi olmur”, - müsahibimiz bildirib. 

O qeyd edib ki, İlham Əliyev və Rusiya prezidenti Vladimir Putinin xarakterində bir çox oxşar cəhətlər var.

“Onlar inanılmaz siyasi üfüqə sahibdirlər. Çətin ki, digər prezidentlər onlarla müqayisə olunsun”, - V.Solovyov əlavə edib. 

Xatırladaq ki, Azərbaycan prezidenti İ.Əliyev dünən Rusiya Jurnalistlər Birliyinin sədri V.Solovyovu qəbul edib.

Ə.Ş.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri