27 
Noy
2018
13:07
89
109
5165
Virtual karabakh

Nazir: Dövlət büdcəsi 610 milyon manat artırıldı

27 Noy, 2018
13:07
5165

Nazir: Dövlət büdcəsi 610 milyon manat artırıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Maliyyə naziri Samir Şərifov bu gün Milli Məclisdə ikinci oxunuşda keçirilən müzakirələrdə 2019-cu ilin dövlət büdcəsinə edilən dəyişikliklərlə bağlı məlumat verib.

Oxu.Az-ın məlumatına görə, nazir bildirib ki, millət vəkillərinin təklifləri əsasında büdcəyə dəyişiklik edilib və onların ümumi maliyyə tutumu 610 milyon manat təşkil edir: 

“Bu məbləğin 200 milyon manatı qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə, 80 milyon manatı regionlarda məşğulluq səviyyəsinin artırılmasına, 2, 7 milyon manatı isə Gənclər Fonduna ayrılır.

Həmçinin 2019-2020-ci illərdə dövlət sifarişi əsasında (ödənişsiz təhsil) təhsil alan ali məktəb tələbələrinin sayının artırılması və digər təhsil xərclərinə 11 milyon manat nəzərdə tutulur. 

Eyni zamanda  AMEA-ya əlavə 800 min manat, yeni doğulmuş eşitmə və ürək qüsurlu uşaqların müalicəsinə əlavə 4 milyon manat, yeni yaradılmış təşkilatlara 5,5 milyon manat, Milli Məclisin saxlanma xərclərinə əlavə 10,1 milyon manat, yeni torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsi və kənd təsərrüfatı xərcləri üçün əlavə 40 milyon manat ayrılacaq. 

Bununla yanaşı,  bələdiyyələrə subvensiyalar üçün ayrılmış dotasiyaların həcmi 500 min manat azaldılacaq. Onu da qeyd edim ki, təkliflərin ümumilikdə maliyyə tutumu 7 milyard manatdır . Ancaq indiki dövrdə bunun   dövlət büdcəsinin xərclərinə aid edilməsi qeyri-realdır. Bunlar mərhələli şəkildə həll olunacaq”.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri