27 
Noy
2018
18:15
663
89
16288
Virtual karabakh

İlham Əliyev bir qrup şəxsi təltif etdi - SİYAHI

27 Noy, 2018
18:15
16288

İlham Əliyev bir qrup şəxsi təltif etdi - SİYAHI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mahir Hacı oğlu Quliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə müvafiq sərəncamı noyabrın 27-də prezident İlham Əliyev imzalayıb.

M.Quliyev Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.

Dövlət başçısının digər sərəncamı ilə, Azərbaycan tarixinin tədqiqi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Solmaz Əli qızı Rüstəmova-Tohidiyə “Əməkdar elm xadimi” fəxri adı verilib.

Prezident İlham Əliyev daha bir sərəncamla Azərbaycanda şərqşünaslıq elminin inkişafında xidmətlərinə görə Əkrəm Rəhim oğlu Rəhimlini “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edib.

Bundan əlavə dövlət başçısı Azərbaycan Milli Elmlər Akademiyası akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşlarının təltif edilməsi haqqında da sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycanda şərqşünaslıq elminin inkişafında xidmətlərinə görə, Əlibəyov İnqilab Vəlibəy oğlu “Şöhrət” ordeni ilə, Abıyev Aydın Müstəcəb oğlu, Cəfərov Vilayət Abbasqulu oğluHəsənova Esmeralda Yusub qızı isə “Tərəqqi” medalı ilə təltif olunublar.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri