28 
Noy
2018
18:51
25
128
7237
Virtual karabakh

Paşinyan sələflərinin kartlarını açır və va-banka gedir - ŞƏRH

28 Noy, 2018
18:51
7237

Paşinyan sələflərinin kartlarını açır və va-banka gedir - ŞƏRH

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu günə qədər Ermənistanı idarə edən və bu gün bu müstəqil dövlətin sükanı arxasında olan heç bir siyasətçinin öz fikirləri olmayıb. 

Bu fikirləri Oxu.Az-a açıqlamasında hərbi-siyasi ekspert Üzeyir Cəfərov Ermənistan baş nazirinin vəzifəsini icra edən Nikol Paşinyanın sabiq prezident Serj Sarqsyanın ünvanına səsləndirdiyi son bəyanatı şərh edərkən deyib. 

Azərbaycanlı ekspertin fikrincə, küçə siyasətçisi olan Paşinyan bu gün hələlik çoxsaylı eksperimentlər aparır və digər erməni siyasətçilərdən fərqlənmir. 

“Hər gün Paşinyan Ermənistan və Dağlıq Qarabağla bağlı müxtəlif gurultulu bəyanatlar səsləndirir. O, küçə “dostları”nın köməyi ilə bir çox siyasətçiləri vəzifələrindən uzaqlaşdırıb. Nə vaxtsa tarixçilər Paşinyan haqqında çoxlu maraqlı faktlar yazacaq.

Hələlik isə o, yaşamaq və hakimiyyətdə möhkəmlənmək uğrunda mübarizə aparır. Bu dəfə də Paşinyan sələfi Serj Sarqsyanı hədəf götürüb. Fikrimcə, hərbi cinayətkar olan Serj Sarqsyan Qarabağ məsələsində hiyləgərliyinə görə Paşinyandan geri qalmır”, - müsahibimiz qeyd edib. 

Onun sözlərinə görə, “bu bədbəxtlər hələ də başa düşmürlər ki, Qarabağ gec və ya tez Azərbaycanın nəzarətinə qayıdacaq və buna heç kimin şübhəsi ola bilməz”. 

“Paşinyan rəqibinə qurşaqdan aşağı zərbə endirmək üçün müxtəlif yollardan istifadə edir. Hər kəs yaxşı başa düşür ki, Qarabağ məsələsi erməni separatçılarından və onların müttəfiqlərindən asılı deyil. Və onun sözləri daxili auditoriyaya hesablanan növbəti boş fikirlərdir. Bütün bunlar erməni ictimaiyyətinin gözündə “yaxşı” oğlan kimi görünməyə hesablanıb”, - Ü.Cəfərov əlavə edib. 

Ekspert əmindir ki, Ermənistan rəhbərliyində kimin dayanmasından asılı olmayaraq, həmin şəxs Moskvanın iradəsinə zidd olan hansısa müstəqil addım ata bilməz. 

“Bu gün Paşinyan “xalq”, “ictimaiyyət” və s. sözlərdən tez-tez istifadə edir. Bütün bunlar yalandır. Ermənilərin Paşinyana etimad limiti davamlı şəkildə azalır. Məhz bu səbəbdən o, etimadı bərpa etmək üçün sələflərinin kartlarını açır”, - müsahibimiz əlavə edib. 

Xatırladaq ki, Ermənistan baş nazirinin vəzifələrini icra edən Nikol Paşinyan seçkiqabağı nitqində deyib ki, öz dövründə Respublika Partiyasının sədri Serj Sarqsyan Dağlıq Qarabağın təhvil verilməsi ilə bağlı siyasət aparıb. 

Ə.Ş.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri