28 
Noy
2018
18:44
272
39
8175
Virtual karabakh

Nazarbayev: 15 yaşıma kimi doyunca yediyimi xatırlamıram

28 Noy, 2018
18:44
8175

Nazarbayev: 15 yaşıma kimi doyunca yediyimi xatırlamıram

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qazaxıstan prezidenti Nursultan Nazarbayev keçdiyi çətin ömür yolundan danışıb.

Oxu.Az News.21.by saytına istinadən xəbər verir ki, prezident “Vətəndaş forumu”nda çıxışında gəncliyi barədə maraqlı məlumatlar verib.

Dövlət başçısı ilk dəfə poladəridən kimi işə başlamasından danışıb:

“Domna sobasının qarşısında işləmək asan deyildi, qarşıda sobanın 1500 dərəcə istisi olurdu, arxanda 40 dərəcə şaxta. Cavanlar zəhmətə hazır olmalıdırlar. Özümüz özümüzə kömək etməliyik, başqa heç kim.

Mən kənd uşağıyam. Müharibədən sonra tamamilə yoxsulluq içərisində yaşamışam, geyim çatışmırdı. 15 yaşına kimi doyunca yemək yediyimi xatırlamıram. Zəhmət mənim həyatımı xilas etdi.

Ola bilsin ki, elə buna görə də sağlam olursan. Bu gün Qazaxıstanda gənclər üçün hər şərait yaradılıb. Təkcə pul lazımdır. Pul qazanmaq üçünsə işləmək. Doğrusu bu deyilmi?”

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri