30 
Noy
2018
12:23
9
124
5601
Virtual karabakh

Milli Məclis dövlət büdcəsini təsdiqləndi

30 Noy, 2018
12:23
5601

Milli Məclis dövlət büdcəsini təsdiqləndi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Məclisin (MM) bu gün keçirilən iclasının gündəliyinə 45 məsələ daxil edilib.

Oxu.Az-ın xəbərinə görə, məsələlər arasında həm ötən iclasdan qalanlar, həm də yeniləri var.

İclasda öncə 2019-cu ilin büdcə zərfinin üçüncü - sonuncu oxunuşda müzakirəsi keçiriləcək.

Qısa müzakirələrdən sonra büdcə zərfi səsə qoyularaq qəbul ediləcək və imzalanması üçün ölkə prezidentinə təqdim olunacaq.

Qeyd edək ki, iclasa baş nazir Novruz Məmmədov da qatılacaq.

Müzakirələr açılmadan “2019-cu ilin dövlət büdcəsi haqqında” qanun layihəsi də daxil olmaqla, bütövlükdə büdcə zərfi səsverməyə çıxarılaraq qəbul edilib.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri