4 
Dek
2018
15:11
10
79
3026
yuxarı
Fuad Axundov: “Lazarev klubu” Ermənistan büdcəsindən maliyyələşir
4 Dek, 2018
15:11
3026
10
79
Fuad Axundov: “Lazarev klubu” Ermənistan büdcəsindən maliyyələşir
Ermənistanın Rusiya ilə münasibətlərində böyük problemlər var.
Oxu.Az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin Siyasi araşdırmalar və analitik təhlil sektorunun müdiri Fuad Axundov deyib.
Onun sözlərinə görə, “Lazarev klubu” Ermənistan büdcəsindən maliyyələşir.
“Bu, Yerevanda Rusiya məktəblərinin bağlanması zamanı Ermənistanla əlaqələrin kəsilməsi ilə bağlı danışan Zatulindir (“Lazarev klubu”nun rəhbəri – red.). O zaman Rusiyanın Ermənistandakı səfiri də ictimaiyyətin diqqətini cəlb edən bu məsələyə münasibət bildirmişdi”, - PA rəsmisi bildirib.
F.Axundov əlavə edib ki, bəzi rusiyalı siyasətçilər bu vəziyyətdən bəhrələnməyə çalışırlar.
Oxu.Az yeniləndi!