14 
Dek
2018
10:31
22
237
1379
Virtual karabakh

Spiker: Gənclər ölkə həyatının bütün sahələrinə cəlb edilirlər

14 Dek, 2018
10:31
1379

Spiker: Gənclər ölkə həyatının bütün sahələrinə cəlb edilirlər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünya əhalisinin ən dinamik üzvü olan gənclər yeni dünya nizamının formalaşmasında həlledici rol oynamalıdır.

Oxu.Az-ın xəbərinə görə, bunu Parlamentlərarası İttifaqın (PAİ) Gənc Parlament Üzvlərinin 5-ci Qlobal Konfransında çıxışı zamanı Milli Məclisin (MM) sədri Oqtay Əsədov deyib.

Onun sözlərinə görə, gənclər dünya mədəniyyəti, sivilizasiyalararası mədəniyyətləri, yeni ideyaları daha tez mənimsəyirlər.

Konfransda Azərbaycanda gənclər siyasətinin dövlət siyasətinə çevrildiyini bildirən spiker qeyd edib ki, bu istiqamətdə də çox mühüm addımlar atılır, gənclər ölkə həyatının bütün sahələrində və sferalarında fəal iştirakçılığa cəlb edilirlər.

Ermənistan-Azərbaycan münaqişəsinə toxunan O.Əsədov Ermənistanın təcavüzkarlıq siyasətinin hələ də davam etdiyini, beynəlxalq təşkilatların isə buna daha ciddi qiymət verməsinin vacibliyini bəyan edib.

Spiker artıq bir sıra nüfuzlu beynəlxalq qurumların Ermənistanın işğalçılıq siyasətinə ədalətli qiymət verdiklərini sözlərinə əlavə edib.

O.Əsədov ümid etdiyini bildirib ki, münaqişə, nəhayət, sülh və danışıqlar yolu ilə öz ədalətli həllini tapacaq.

Spiker belə bir tədbirin Azərbaycanda keçirilməsinin böyük hadisə olduğunu, ölkə prezidenti İlham Əliyevin tədbir iştirakçılarına öz salamlarını göndərdiyini dilə gətirib.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri