14 
Dek
2018
12:05
16
79
1713
Virtual karabakh

Lavrov: Qara dəniz siyasi çəkişmələr meydanı olmamalıdır

14 Dek, 2018
12:05
1713

Lavrov: Qara dəniz siyasi çəkişmələr meydanı olmamalıdır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mövcud olduğu 25 il ərzində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı zəruri regional meydana çevrilib.  

Oxu.Az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının xarici işlər nazirlərinin Bakıda keçən toplantısında bildirib.

Son illər Qara dəniz regionunda vəziyyətin pisləşdiyini bildirən rusiyalı ali diplomat təşkilatın siyasi çəkişmələr, xüsusilə “əvəz-əvəz oyunlarının” arenasına çevrilməli olmadığını hesab edir.

Lavrov qeyd edib ki, Qara dəniz regionunda iqtisadi əməkdaşlıq potensialı yüksək olaraq qalsa da, ondan tam həcmdə yararlanmaq olmur.

“Təsadüfi deyil ki, Azərbaycanın sədrlik etdiyi bu toplantı “Qarşılıqlı əlaqələr vasitəsilə ticarətin stimullaşdırılması” şüarı altında keçirilir. Qara dəniz regionu bir-birinə tarixi və iqtisadi baxımdan bağlı olan müxtəlif dövlətləri birləşdirir. Burada köhnə yollar kəsişir, yeni ticarət yolları, nəqliyyat və energetika dəhlizləri yaradılır, müxtəlif inteqrasiya layihələri həyata keçirilir”, - deyə Lavrov vurğulayıb.

Nazir Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı məkanında regional əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri