14 
Dek
2018
15:25
30
84
3293
Virtual karabakh

İranlı deputat Bakıda Urmiya gölündən danışdı

14 Dek, 2018
15:25
3293

İranlı deputat Bakıda Urmiya gölündən danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İranın ən böyük daxili, dünyanın isə ən böyük duzlu gölü olan Urmiya gölünün vəziyyəti yaxşı deyil. Sahəsi 52 min kvadrat kilometrdən ibarət olan bu gölün quruması ekologiyaya çox mənfi təsir göstərib.

Oxu.Az xəbər verir ki, bunu Bakıda keçirilən Parlamentlərarası İttifaqın (PAİ) Gənc Parlament Üzvlərinin V Qlobal Konfransında İran Parlamentinin deputatı Hadi Bahaduri deyib.

O bildirib ki, yaxınlıqda müxtəlif su anbarlarının yaradılması, su quyularının qazılması, tarlaların bağlara çevrilməsi və bu kimi məsələlər, eləcə də, suyun daha çox istifadə olunması belə bir ekoloji fəlakətə səbəb olub.

H.Bahaduri qeyd edib ki, İran dövləti Urmiya gölünün yenidən qurulması, dirçəldilməsi üçün addımlar atır.

“Bu, tədbirlər altı ildir ki, davam etdirilir. Hətta bununla bağlı dövlət proqramı da hazırlanıb”, - deyə o əlavə edib.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri