18 
Dek
2018
21:19
31
343
9693
Virtual karabakh

Nazir: Milanda Bakı ilə Yerevan arasında qarşılıqlı anlaşma əldə olundu

18 Dek, 2018
21:19
9693

Nazir: Milanda Bakı ilə Yerevan arasında qarşılıqlı anlaşma əldə olundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hesab edirəm ki, Milanda keçirilən son görüşdə ermənistanlı həmkarımla uzun müddətdən bəri ilk dəfə qarşılıqlı anlaşma əldə etdik.

Oxu.Az “İnterfaks-Azərbaycan”a istinadən xəbər verir ki, bunu diplomatik korpus rəhbərləri üçün 2018-ci ilin yekunlarına həsr olunmuş qəbulda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bəyan edib.

Nazir qeyd edib ki, Qarabağ münaqişəsinin nizamlanması yollarının axtarılması 2019-cu ildə Azərbaycanın əsas vəzifəsi olacaq.

“Vaxtın əksər hissəsini Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının axtarışına sərf etmişəm. Bu, gələn ildə də başlıca vəzifə olacaq. Əsas məqsəd nəzərəçarpacaq nəticələrin əldə edilməsidir”, - deyə o vurğulayıb.

Məmmədyarov bildirib ki, 2019-cu ilin yanvar ayında Ermənistan XİN rəhbəri Zöhrab Mnatsakanyanla görüşdə də münaqişənin sülh nizamlanmasının yolları müzakirə olunacaq:

“Münaqişənin həlli yollarını müzakirə edəcəyik. Azərbaycan münaqişənin sülh yolu ilə nizamlanmasının tərəfdarıdır”.

.www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri