25 
Dek
2018
17:10
6450
553
45646
Virtual karabakh

Dünya liderləri İlham Əliyevi təbrik edirlər - YENİLƏNİB

25 Dek, 2018
17:10
45646

Dünya liderləri İlham Əliyevi təbrik edirlər - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kazan şəhərindən “Adalat Farm” MMC-nin baş direktoru Yaqub Zeynalov Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

Oxu.Az-ın məlumatına görə, təbrik mətnində deyilir: 

“Hörmətli cənab Prezident.

Yaxşı Prezident olmaq hər kəsə nəsib olmur, lakin qüdrətli Azərbaycanın Sizin sarıdan bəxti çox gətirib. Öz işinin peşəkarı olmaq əsl istedad tələb edir. Biz, Rusiyada yaşayan bütün azərbaycanlılar Sizi doğum gününüz münasibətilə təbrik edirik. Həmişə bu cür diqqətli, həyatsevər, kreativ, nəzakətli, məqsədyönlü, bütün vəziyyətlərdə iki addım irəlini görməyi bacaran insan kimi qalmağınızı arzu edirik.

Biz Sizə quruculuq uğurları, ailə səadəti və adi insan xoşbəxtliyi arzu edirik. Qoy şəxsi həyatınız Sizi işinizdə yeni zəfərlərə ruhlandırsın, işiniz isə Azərbaycanda rifaha və rahat güzərana stimul yaratsın!

Mən öz ölkəmlə və öz Prezidentimlə fəxr edirəm!”

16:38

Mahaçqala şəhəri Azərbaycanlılarının yerli milli-mədəni muxtariyyətinin sədri, Dağıstan Respublikasının rəhbəri yanında millətlərarası münasibətlər şurasının üzvü Rakif Əzizov Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

Oxu.Az-ın məlumatına görə, təbrik mətnində deyilir: 

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Sizə və bütün Azərbaycan xalqına möhkəm cansağlığı, işinizdə uğurlar və firavanlıq arzu edirəm.

Dağıstan Respublikasında Azərbaycanın on minə yaxın vətəndaşı müvəqqəti yaşayır və işləyir. Dağıstan rəhbərliyi Azərbaycan Respublikasının rəhbərliyi ilə mehriban qonşuluq münasibətlərini qoruyub saxlayır və fəal dəstəkləyir.

Biz, qonşu və qardaş Dağıstan Respublikasında müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşları öz vətənimizlə fəxr edirik. Sizin seçdiyiniz siyasi fəaliyyət xətti həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda bizim vətəndaşların həyatının daim yaxşılaşdırılmasına yönəlib. Qonşu dövlətin vətəndaşlarından bizim vətənimiz və onun rəhbərliyi barədə ən xoş və səmimi sözlər eşitmək bizim üçün çox xoşdur, bu sözlər bizi daha sıx birləşdirir.

“Mahaçqala şəhəri azərbaycanlılarının yerli milli-mədəni muxtariyyəti” Dağıstan rəhbərliyinin dəstəyi ilə altı ildir ki, hər il Azərbaycanın dövlət və xalq bayramlarını, o cümlədən Novruz bayramını, Azərbaycan Respublikası Gününü, Azərbaycanın ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin doğum gününü qeyd edir.

Mahaçqala şəhəri azərbaycanlılarının yerli milli-mədəni muxtariyyəti Azərbaycan vətəndaşlarının həyat fəaliyyətinin müxtəlif sahələrində, miqrasiya siyasəti məsələlərində onları dəstəkləyir, qonşu respublikanın ərazisində azərbaycanlıların rahat yaşamaları üçün onların milli mədəniyyətinin, ənənələrinin, adətlərinin qorunub saxlanmasına və inkişaf etdirilməsinə yönəlmiş tədbirlər keçirir.

Mahaçqala şəhəri azərbaycanlılarının yerli milli-mədəni muxtariyyəti iki qardaş respublikanın xalqları arasında millətlərarası və mədəni münasibətlərin inkişafına verdiyi böyük töhfəyə görə dəfələrlə Dağıstan rəhbərliyi tərəfindən fəxri fərmanlara və təşəkkürnamələrə layiq görülüb, 2018-ci il martın 21-də Novruz bayramına həsr edilmiş tədbirdə Dağıstan Respublikasının Milli Siyasət Nazirliyinin rəhbərliyi tərəfindən “Millətlərarası sülhün və həmrəyliyin möhkəmləndirilməsinə görə” Fəxri nişanı ilə təltif edilib.

Səmərəli işinizə görə Sizə dərin minnətdarlığımızı ifadə edirik. Biz bilirik ki, Sizin sayənizdə bizim ümumi evimiz, bənzərsiz və sevimli Azərbaycan daha da inkişaf edəcək və çiçəklənəcək”.

16:31

Gürcüstan parlamentinin deputatı Azər Süleymanov Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

Oxu.Az-ın məlumatına görə, təbrik mətnində deyilir: 

“Hörmətli cənab Prezident.

Sizin sayənizdə Azərbaycan ilə Gürcüstan arasındakı siyasi, iqtisadi və mədəni münasibətlər elə bir həddə çatıb ki, bu, qonşu dövlət müstəvisindən çıxaraq iki dost dövlətin, iki qardaş xalqın rəmzinə çevrilib. Ulu Öndərin apardığı uğurlu xarici siyasətin davamı kimi bu gün soydaşlarımıza göstərdiyiniz böyük diqqət və qayğı hər gün daha geniş vüsət almaqdadır.

Biz inanırıq ki, bundan sonra da Ümummilli Liderimizin varisi olaraq bütün sahələrdə soydaşlarımıza məxsusi qayğı ilə yanaşacaq, iki dövlətin hərtərəfli inkişafında çəkdiyiniz zəhmətin bol-bol uğurlarının şahidi olacağıq. Əminlik hissi ilə deyə bilərəm ki, Azərbaycan Sizin rəhbərliyinizlə beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsi yolunda qətiyyətlə irəliləyir və yaxın zamanda ərazi bütövlüyünə nail olacaqdır.

Böyük siyasi xadim Heydər Əliyev uzaqgörənliklə Dünya Azərbaycanlılarının Həmrəylik Gününü yaratdığı kimi, möhtərəm İlham Əliyev də işğal olunmuş torpaqları azad edib yeni səhifə açacaq və Azərbaycanın bütövlüyü gününü bizlərə yaşadacaqdır.

Gürcüstanda yaşayan soydaşlarımız adından Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edir və ən xoş arzularımı çatdırıram. Qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə də Sizə səmimi qəlbdən möhkəm cansağlığı, bütün niyyət və istəklərinizin uğurla həyata keçməsini və xalqımıza firavanlıq diləyirəm”.

16:19

2003-2018-ci illərdə Monteneqronun Prezidenti Filip Vuyanoviç Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

Oxu.Az-ın məlumatına görə, təbrik mətnində deyilir: 

“Hörmətli Prezident.

Əzizim İlham.

Doğum gününüz münasibətilə Sizi böyük məmnuniyyətlə təbrik edir, Sizə möhkəm cansağlığı və ali dövləti vəzifənizin yerinə yetirilməsində yeni-yeni uğurlar arzulayıram.

Dost Azərbaycanın tərəqqisinin təmin edilməsində və nüfuzunun artmasında xidmətləriniz əvəzsizdir və daim hörmətə layiqdir. Çox dəyərli atanızın yolunu davam etdirərək beynəlxalq aləmdə dövlətinizin nüfuzunun yüksəlməsi ilə və bir çox sahələrdə digərləri üçün örnək olacaq nailiyyətlərlə iftixar duya bilərsiniz.

Fürsətdən istifadə edərək, ölkələrimiz arasında çox sıx əlaqələrin yaradılmasındakı ciddi töhfələrinizə görə Sizə təşəkkür edirəm. Dövlətlərarası dostluğumuz naminə əməkdaşlıq etmək imkanından çox məmnunam. Bu əlaqələrin gələcəkdə daha da möhkəmlənəcəyinə və inkişaf edəcəyinə əminəm”.

16:16

Monteneqronun Prezidenti Milo Cukanoviç Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

Oxu.Az-ın məlumatına görə, təbrik mətnində deyilir: 

“Əzizim İlham.

Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırır, cansağlığı, səadət, eləcə də xalqınıza və ölkənizə rifah və tərəqqi arzulayıram.

Sizinlə birlikdə qurduğumuz və ölkələrimizin qarşılıqlı maraqlarına xidmət edən Azərbaycan-Monteneqro dostluq münasibətləri ilə fəxr edə bilərik. Bu xüsusda Sizin töhfələriniz misilsizdir. Sizinlə gələcək görüşlərimizdən və davamlı əməkdaşlığımızdan məmnunluq duyuram.

Ən dərin ehtiramımı və dost salamlarımı qəbul etməyinizi xahiş edirəm”.

16:13

1994-2005-ci illərdə Ukrayna Prezidenti Leonid Kuçma Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

Oxu.Az-ın məlumatına görə, təbrik mətnində deyilir: 

“Əziz İlham Heydər oğlu.

Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm.

Sizin dövlət başçısı vəzifəsində səmərəli fəaliyyətiniz ən yüksək qiymətə layiqdir. Siz öz işinizdə yalnız müstəqil Azərbaycanın mənafelərini əsas götürürsünüz. Siz dövlətçiliyi möhkəmləndirir, ölkənizdə iqtisadi artım üzərində çalışır, innovasiyalı inkişafı təmin edirsiniz. Sizin rəhbərliyinizlə Azərbaycan regionda sabitliyə və sülhün möhkəmlənməsinə sanballı töhfə verir.

Ukrayna ilə Azərbaycan arasında çoxillik dostluğa və münasibətlərin möhkəmlənməsinə verdiyiniz şəxsi töhfəyə görə Sizə təşəkkür edirəm.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, ailənizə firavanlıq, bütün işlərinizdə və təşəbbüslərinizdə yeni uğurlar arzulayıram”.

16:08

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr Qlıboçko Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

Oxu.Az-ın məlumatına görə, təbrik mətnində deyilir: 

“Möhtərəm İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Siz görkəmli dövlət xadimi olaraq doğum gününüzü yaradıcı və mənəvi qüvvələrinizin çiçəkləndiyi dövrdə qarşılayırsınız. Sizin insanlar arasında sülhün və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə, cəmiyyətin mənəvi, sosial, mədəni və iqtisadi tərəqqisinə, elmə, təhsilə və səhiyyəyə töhfəniz həqiqətən heyranlıq doğurur.

Sizə uğurlar, cansağlığı və nəcib niyyətlərinizin həyata keçməsi üçün tükənməz enerji arzulayıram. Sizə və yaxınlarınıza, Sizin böyük ölkənizə xoşbəxtlik, əmin-amanlıq və firavanlıq diləyirəm”.

16:05

Rusiyanın “Qazprom” Publik Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Aleksey Miller Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

Oxu.Az-ın məlumatına görə, təbrik mətnində deyilir: 

“Hörmətli İlham Heydər oğlu.

“Qazprom” Publik Səhmdar Cəmiyyətinin İdarə Heyəti adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm. Sizə səmimi qəlbdən böyük nailiyyətlər, ölkənizin və bütün Azərbaycan xalqının rifahı naminə fəaliyyətinizdə yeni uğurlar diləyirəm.

Sizə və yaxınlarınıza möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq arzu edirik”.

16:02

Bütün Gürcüstanın Katolikos-patriarxı, Mtsxeta və Tbilisi arxiyepiskopu, Pitsunda, Suxumi və Abxaziya mitropoliti II İliya Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

Oxu.Az-ın məlumatına görə, təbrik mətnində deyilir: 

“Zati-aliləri, cənab Prezident.

Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edir, Sizə cansağlığı, uzun ömür və ölkənizin, bütün dünyanın rifahı naminə məsul vəzifənizdə uğurlar diləyirik”.

15:59

Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası sədrinin müavini İlyas Umaxanov Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

Oxu.Az-ın məlumatına görə, təbrik mətnində deyilir: 

“Möhtərəm İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Sizin müdrikliyiniz və siyasi uzaqgörənliyiniz heyranlıq doğurur. Mən bilirəm ki, Sizin üçün hakimiyyət əsas məqsəd deyil, yalnız öz xalqına, doğma ölkəsinə real fayda vermək imkanıdır. Bu gün Siz Azərbaycanı yeniləşmə və inkişaf yolu ilə irəli aparırsınız, bu diyarda sülhün, təhlükəsizliyin və əmin-amanlığın təmin olunması üçün əlinizdən gələni edirsiniz. Azərbaycanın hazırkı sabit, uğurlu inkişafı daha çox Sizin adınızla bağlıdır. Bu, dahi atanız Heydər Əliyevin işlərinin davamıdır.

Bu əlamətdar gündə Sizə səmimi qəlbdən möhkəm cansağlığı, dostlarla ünsiyyət sevinci, əla əhval-ruhiyyə, Azərbaycan xalqının rifahı və Rusiya-Azərbaycan münasibətlərinin inkişafı naminə fəaliyyətinizdə uğurlar diləyirəm.

Sizə və yaxınlarınıza firavanlıq arzulayıram”.

15:57

Rusiya Federasiyasının İnquş Respublikasının rəhbəri Yunusbek Yevkurov Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

Oxu.Az-ın məlumatına görə, təbrik mətnində deyilir: 

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Sizin məsul dövləti vəzifədə qurucu fəaliyyətiniz Azərbaycanın sosial-iqtisadi inkişafında müsbət dəyişikliklərin təmin edilməsinə, respublikada sülhün və sabitliyin möhkəmlənməsinə, onun sakinlərinin rifahının yüksəldilməsinə şərait yaradır.

Əminəm ki, Sizin yüksək peşəkar keyfiyyətləriniz və işinizə sadiqliyiniz nəzərdə tutduğunuz planları bundan sonra da uğurla həyata keçirməyinizə imkan verəcək.

Sizə möhkəm cansağlığı, Vətən naminə gələcək uğurlu fəaliyyətiniz üçün güc və enerji, Sizə və yaxınlarınıza xoşbəxtlik, firavanlıq və əmin-amanlıq arzu edirəm”.

01:23

Ümumhəmkarlar İttifaqları Konfederasiyasının baş katibi Vladimir Şerbakov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib.

Oxu.Az xəbər verir ki, məktubda deyilir:

“Möhtərəm İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Ümumhəmkarlar İttifaqları Konfederasiyası adından və şəxsən öz adımdan Sizi ürəkdən təbrik edirəm.

Sizin respublikanın Prezidenti kimi fəaliyyətinizi, xalqı inamla iqtisadi və sosial tərəqqi yoluna istiqamətləndirən lider kimi tarixi xidmətlərinizi Ümumhəmkarlar İttifaqları Konfederasiyasında və onun üzvü olan təşkilatlarda yüksək qiymətləndirirlər. Bu gün Azərbaycan cəmiyyət həyatının bütün sahələrində şəksiz və mühüm nailiyyətlər nümayiş etdirir. Ölkəniz beynəlxalq məkanda, inteqrasiya proseslərinin dərinləşməsində, Birlik dövlətlərinin və xalqlarının dostluq və əməkdaşlığının inkişafında getdikcə daha fəal və əhəmiyyətli rol oynayır.

Fürsətdən istifadə edərək, həmkarlar hərəkatının fəaliyyətinə milli və beynəlxalq səviyyədə daim dəstək göstərdiyinizə görə Sizə bir daha dərin təşəkkürümü bildirmək istəyirəm.

Möhtərəm İlham Heydər oğlu, xahiş edirəm ən səmimi, ürəkdən gələn möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq diləklərimi qəbul edin”.

21.52

Rusiyanın “VTB Bank” Publik Səhmdar Cəmiyyətinin prezidenti – idarə heyətinin sədri Andrey Kostin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib.

Oxu.Az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə “VTB Bank”ın idarə heyəti və kollektivi adından, şəxsən öz adımdan səmimi təbriklərimi qəbul edin.

Siz artıq 15 ildən çoxdur ki, hamı tərəfindən qəbul edilmiş lider olaraq Azərbaycan Respublikasının Prezidenti vəzifəsində enerjinizi, müdrikliyinizi və təcrübənizi ölkənin inkişafının və onun vətəndaşlarının firavanlığının təmin edilməsinə yönəldirsiniz. Dövlətlərimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafına, regional sabitliyin və qarşılıqlı iqtisadi fəaliyyətin təmin edilməsi üzrə beynəlxalq səylərə Sizin şəxsi töhfənizi Rusiyada yüksək qiymətləndirirlər.

Sizin Rusiya ilə Azərbaycanın işgüzar birlikləri arasında əməkdaşlıq məsələlərini daim diqqətdə saxlamağınız ikitərəfli ticari və investisiya əlaqələrinin genişlənməsində mühüm rol oynayır.

Azərbaycan Respublikasının Dövlət Neft Fondunun VTB kapitalında iştirakını yüksək qiymətləndiririk. Bunda dostluq, etimad və ölkələrimiz arasında səmərəli əlaqələrin möhkəmlənməsinə yönəldilmiş güclü kurs görürük.

Hörmətli İlham Heydər oğlu, Sizə və yaxınlarınıza möhkəm cansağlığı və firavanlıq, məsul işinizdə uğurlar diləyirəm”.

21.05

Rusiya Rəssamlıq Akademiyasının prezidenti Zurab Sereteli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib.

Oxu.Az xəbər verir ki, məktubda deyilir:

“Möhtərəm İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə ən səmimi, ürəkdən gələn təbriklərimi qəbul edin. Siz çox yüksək mədəniyyətə malik bir insan, mükəmməl diplomat və rəhbər kimi Azərbaycan Respublikasının inkişafına böyük töhfə verirsiniz, milli mədəniyyətin və incəsənətin inkişafına güclü dəstək göstərirsiniz.

Sizə öz ehtiramımı göstərmək, fəaliyyətinizdə daimi uğurlar, Sizə və ailənizə möhkəm cansağlığı, firavanlıq, xoşbəxtlik, sülh və tərəqqi diləmək fürsətinə görə ürəkdən şadam”.

20.24

Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şuranın prezidenti, Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodina Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib.

Oxu.Az xəbər verir ki, məktubda deyilir:

“Möhtərəm İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin. Siz Azərbaycan Respublikasının hamı tərəfindən qəbul edilmiş və öz ölkəsinə sonsuz məhəbbət və sədaqət nümunəsi olan zəngin həyat yolu keçmiş liderisiniz. Yüksək peşəkarlığınız və məqsədyönlülüyünüz Sizə ölkə qarşısında dayanan ən mürəkkəb məsələləri həll etməyə, xalqınızın rifahına xidmət etməyə imkan verir.

Sizə ürəkdən möhkəm cansağlığı, tükənməz enerji, respublikanın rifahı naminə ali dövləti fəaliyyətinizdə uğurlar diləyirəm.

Sizə və xanımınız Mehriban Arif qızına ən xoş diləklərimi çatdırır, xoşbəxtlik və firavanlıq arzu edirəm”.

17.07

Moldova Respublikası Sosialistlər Partiyasının sədri, Moldova parlamentində MRSP fraksiyasının və Rusiya Federasiyası ilə dostluq qrupunun rəhbəri Zinaida Qreçanıy Azərbaycan Respublikasının prezidenti  İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

Oxu.Az-ın məlumatına görə, təbrik mətnində deyilir: 

“Zati-aliləri.

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Moldova Respublikası Sosialistlər Partiyası adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi qəbul edin.

Bu əlamətdar gündə məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikası Sizin rəhbərliyinizlə tərəqqiyə, rifaha nail olub, siyasi, iqtisadi və mədəni sahələrdə uğurlar qazanıb.

Moldova Respublikası Sosialistlər Partiyası Yeni Azərbaycan Partiyası ilə dostluq əlaqələrinə böyük əhəmiyyət verir. Fürsətdən istifadə edib əmin olduğumu bildirirəm ki, Yeni Azərbaycan Partiyası ilə Moldova Respublikası Sosialistlər Partiyası arasında dostluq və qarşılıqlı anlaşma ənənələrinə əsaslanan hərtərəfli əməkdaşlıq münasibətləri xalqlarımızın rifahı naminə bundan sonra da möhkəmlənəcək və inkişaf edəcək.

Zati-aliləri, Sizə dərin ehtiramımı bildirir, xoşbəxtlik, möhkəm cansağlığı və ali dövləti vəzifənizdə uğurlar, dost Azərbaycan xalqına sülh və firavanlıq arzu edirəm”.

15:50

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz Azərbaycan Respublikasının prezidenti  İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

Oxu.Az-ın məlumatına görə, təbrik mətnində deyilir: 

“Hörmətli cənab Prezident.

Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Sizə və ailənizə möhkəm cansağlığı və firavanlıq arzulayıram.

Fürsətdən istifadə edərək, Sizi və Azərbaycan xalqını Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə də təbrik etmək istəyirəm. Sizə və Azərbaycan xalqına müvəffəqiyyət və rifah diləyirəm.

BP şirkəti olaraq, biz Azərbaycana böyük önəm verir və ölkənizdə fəaliyyət göstərməkdən qürur duyuruq. Bu illər ərzində biz regionda dünya səviyyəli xeyli layihə həyata keçirmişik. Bu layihələrin gerçəkləşməsi Sizin dəstəyiniz və rəhbərliyiniz sayəsində mümkün olub. Biz, həmçinin Azərbaycan hökuməti və SOCAR ilə məhsuldar və etibarlı əməkdaşlığı yüksək qiymətləndirir, bu münasibətlərin gələcəkdə də davam edəcəyinə ümid edirik”

15:32

Azərbaycan-Türkiyə İş Adamları Birliyi İdarə Heyətinin sədri Camal Yanqın Azərbaycan Respublikasının prezidenti  İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

Oxu.Az-ın məlumatına görə, təbrik mətnində deyilir: 

“Möhtərəm cənab Prezident.

Sizi doğum gününüz münasibətilə Azərbaycan Türkiyə İş Adamları Birliyi adından səmimi qəlbdən təbrik edirik.

Sizin rəhbərliyinizlə Azərbaycan Respublikasında iqtisadiyyatın və sosial sahənin modernləşdirilməsi yolu ilə inamla inkişaf siyasətini dəstəkləyir, Sizə bu yolda Uca Allahdan səbir və güc verməsini arzulayırıq.

Respublikamızın hərtərəfli inkişafı istiqamətində uğurlu fəaliyyətiniz, ordu quruculuğunun yüksək səviyyədə təşkili, təhsilə, idmana və digər önəmli sahələrə qayğınız, xalqın rifah səviyyəsinin yüksəldilməsi ilə bağlı verdiyiniz töhfələr danılmazdır.

Siz Azərbaycan və Türkiyə arasında strateji tərəfdaşlıq xarakteri kəsb etmiş ənənəvi dostluq, mehriban qonşuluq münasibətlərinin inkişafına və möhkəmlənməsinə xüsusi töhfə vermisiniz. Azərbaycan Türkiyə İş Adamları Birliyi olaraq bu siyasətin həyata keçirilməsinə daim səy göstərəcəyimizə Sizi əmin edirik.

Fürsətdən istifadə edərək, təşkilatımızın fəaliyyətinə verdiyiniz dəstəyə görə də Sizə bir daha təşəkkür edirik.

Ölkənizə və bəşəriyyətə xidmət edərək qədəm basdığınız bu yaşınızı bir daha ürəkdən təbrik edirik. Sizə və ailənizə möhkəm cansağlığı və xoşbəxtlik diləyir, Azərbaycan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq”.

14:21

Akademik Fazil Qurbanov Azərbaycan Respublikasının prezidenti  İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

Oxu.Az-ın məlumatına görə, təbrik mətnində deyilir: 

“Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizi Rusiya Federasiyasında yaşayan çoxminlik Azərbaycan icması adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Siz Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı üçün çox iş görən təcrübəli və uzaqgörən dövlət xadimi kimi haqlı olaraq həmvətənlərinizin səmimi hörmətini və yüksək beynəlxalq nüfuz qazanmısınız.

Siz Rusiyada ölkəmizin etibarlı dostu, Azərbaycan-Rusiya strateji tərəfdaşlığının, ikitərəfli qarşılıqlı faydalı əməkdaşlığının möhkəmlənməsinin və inkişafının prinsipial tərəfdarı kimi tanınırsınız.

Müstəqil Azərbaycanın mövcud olduğu iyirmi beş ildən artıq müddətdə xalqımızın qurucu qüvvəsi və mənəvi potensialı o qədər parlaq şəkildə təzahür edib ki, dövlətimizin sürətli inkişafı dünya birliyində böyük marağa səbəb olub. Bu gün Azərbaycan Respublikası beynəlxalq münasibətlərin nüfuzlu iştirakçısıdır və gələcəyə inamla baxır. Bu, Sizin böyük xidmətinizdir və bizlərdən hər birimizin qəlbində qürur hissi oyadan bu xeyirxah, səmərəli fəaliyyətinizə görə Sizə təşəkkür edirik.

Cənab Prezident, icazə verin Sizi əmin edim ki, Rusiyadakı Azərbaycan diasporu Azərbaycanın populyarlaşması, xalqımızın qədim ənənələrinin, zəngin mədəniyyətinin və tarixinin təbliği işində öz səylərini zəiflətməyəcək. Biz Azərbaycan Respublikasının müsbət imicinin möhkəmləndirilməsi üzrə ardıcıl işimizi bundan sonra da davam etdirəcəyik.

Biz öz tarixi Vətənimizdən uzaqda olsaq da, bizim ehtiyaclarımıza Sizin ciddi diqqətinizi və qayğınızı həmişə hiss edirik. İcazə verin, fürsətdən istifadə edib, Rusiyada əmək fəaliyyəti ilə məşğul olan həmvətənlərimizi dəstəklədiyinizə görə Sizə dərin minnətdarlığımı bildirim.

Doğum gününüzdə Sizə möhkəm cansağlığı, uzun ömür və millətin sıx birləşməsi, Azərbaycan Respublikasının beynəlxalq nüfuzunun möhkəmlənməsi naminə ali dövləti fəaliyyətinizdə uğurlar diləyirəm.

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Sizi ürəkdən təbrik edirəm”.

14:11

Gürcüstanın baş naziri Mamuka Baxtadze dekabrın 24-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə telefonla zəng edib.

Oxu.Az xəbər verir ki, Mamuka Baxtadze prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində yeni-yeni uğurlar, möhkəm cansağlığı arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri Mamuka Baxtadze ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluqlarını ifadə edib və əmin olduqlarını bildiriblər ki, 2019-cu ildə də əlaqələrimiz uğurla inkişaf edəcək.

14:03

MDB Parlamentlərarası Assambleyası Şurasının baş katibi Yuri Osipov və MDB Parlamentlərarası Assambleyası Şurasının baş katibinin müavini Aydın Cəfərov Azərbaycan Respublikasının prezidenti  İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

Oxu.Az-ın məlumatına görə, təbrik mətnində deyilir: 

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə MDB üzvü olan dövlətlərin Parlamentlərarası Assambleyası Şurası adından səmimi təbriklərimizi qəbul edin.

Siz - görkəmli siyasi və dövlət xadimi olaraq Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı, onun beynəlxalq aləmdə nüfuzunun möhkəmlənməsi üçün çox iş görürsünüz. Birlik ölkələrinin parlamentariləri MDB üzvü olan dövlətlər arasında çoxplanlı qarşılıqlı faydalı əməkdaşlığın inkişafına və dostluq əlaqələrinin genişlənməsinə Sizin böyük şəxsi töhfənizi yüksək qiymətləndirirlər.

İcazə verin, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və Azərbaycan Respublikasının firavanlığı naminə fəaliyyətinizdə yeni uğurlar diləyək”.

13:54

“SOCAR Energy Georgia” MMC-nin baş direktorunun müşaviri Yuri Çaxunaşvili Azərbaycan Respublikasının prezidenti  İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

Oxu.Az-ın məlumatına görə, təbrik mətnində deyilir: 

“Əziz İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Sizə səmimi qəlbdən möhkəm cansağlığı, tükənməz həyati qüvvə, ölkənizin və xalqınızın rifahı naminə ali dövləti fəaliyyətinizdə yeni uğurlar diləyirəm.

Biz - Sizin dostlarınız fəxr edirik ki, Zati-alinizin rəhbərliyi ilə həyata keçirilən səmərəli quruculuq işinin nəticələrini qərəzli olmayan hər bir insan əyani şəkildə görür, Azərbaycanın həm regionda, həm də bütövlükdə dünyada beynəlxalq nüfuzu durmadan artır.

Əziz İlham Heydər oğlu, biz bir daha Sizi əmin etmək istəyirik ki, bizə verdiyiniz hər bir tapşırığı yerinə yetirməyə hazırıq”.

13:50

Qaz İxrac Edən Ölkələr Forumunun Baş katibi Yuri Sentyurin Azərbaycan Respublikasının prezidenti  İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

Oxu.Az-ın məlumatına görə, təbrik mətnində deyilir: 

“Zati-aliləri.

Doğum gününüz münasibətilə Sizə Qaz İxrac edən Ölkələr Forumu (GECF) adından təbriklərimi çatdırıram.

Doğum günləri həyat yoluna nəzər salmaq üçün gözəl imkanlar yaradır. Qeyd etməliyəm ki, Sizin həyatınız xalqınıza xidmətə həsr olunub.

Ölkəniz və xalqınız üçün davam edən xidmətlərə həsr olunacaq yeni bir ilə başladığınız ərəfədə fürsətdən istifadə edərək bildirirəm ki, GECF ilə Azərbaycan Respublikası arasında xüsusi əməkdaşlıq mövcuddur. Azərbaycan qaz sənayesində böyük işlər görüb. “Şahdəniz” yatağında təbii qaz ehtiyatlarının və “Cənub Qaz Dəhlizi” layihəsinin inkişafı buna misal göstərilə bilər. Bu ilin may ayında keçirilən və həmin üstünlükləri ətraflı şəkildə nümayiş etdirən 25-ci Xəzər Neft-Qaz Sərgisi və Konfransında iştirakdan çox məmnun oldum.

Cari ildə mənim Sizin tərəfinizdən qəbul edilmək şərəfinə nail olmağım GECF ilə Azərbaycan arasında əməkdaşlığın inkişafına yeni təkan verdi və gələcəkdə daha sıx əməkdaşlıq üçün yol açdı.

Sizi doğum gününüz münasibətilə bir daha təbrik edir, GECF-in 10 illik yubileyinin qeyd olunduğu bir vaxtda Azərbaycanın fəaliyyətimizə verdiyi töhfəyə görə Sizə təşəkkürümü bildirirəm. Qoy gələcək illər dostluğumuzun və uğurlu əməkdaşlığımızın yeni dövrü olsun!

Sizə, ailənizə, Azərbaycan xalqına ən xoş arzularımı bildirirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

13:36

GUAM-ın Baş katibi Altay Əfəndiyev Azərbaycan Respublikasının prezidenti  İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

Oxu.Az-ın məlumatına görə, təbrik mətnində deyilir:  

“Möhtərəm cənab Prezident.

İcazə verin, doğum gününüz münasibətilə Sizə GUAM-ın Katibliyinin beynəlxalq heyəti adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırım. Sizə möhkəm cansağlığı, firavanlıq, xoşbəxtlik, Azərbaycanın daha da inkişafı naminə uzun illər boyu səmərəli fəaliyyət arzu edirəm!

Azərbaycan uzun illərdir ki, Sizin müdrik rəhbərliyinizlə sosial-iqtisadi və ictimai-siyasi həyatın bütün istiqamətləri üzrə parlaq nailiyyətlər nümayiş etdirir.

Sizin yürütdüyünüz ardıcıl, uzaqgörən daxili və xarici siyasət milli mənafelərin irəli çəkilməsi və ölkənin beynəlxalq iqtisadiyyata inteqrasiyası üzrə bir sıra mühüm strateji layihələrin uğurla həyata keçirilməsinə təminat verib. Bu siyasət həm də strateji əhəmiyyətli Qara dəniz-Xəzər dənizi məkanında Azərbaycanın mövqelərinin və geosiyasi rolunun möhkəmlənməsini təmin edib, bu regionun dünyada baş verən proseslərə daha sıx inteqrasiyasına kömək edib.

İnstitusional, iqtisadi və sosial sahələrdə islahatlar proqramının uğurla reallaşdırılması idarəçiliyin səmərəliliyinin artırılmasına, iqtisadiyyatın şaxələndirilməsinə və yeni iş yerlərinin yaradılmasına, əhalinin rifahının yüksəlməsinə, cəmiyyətin daha da demokratikləşməsinə şərait yaradıb. Bütün bunlar Azərbaycan vətəndaşlarının keyfiyyətli həyat səviyyəsinin durmadan yüksəlməsində öz əksini tapıb.

Azərbaycanın beynəlxalq nüfuzu da artır. Azərbaycanın fəal, çoxvektorlu və tarazlaşdırılmış xarici siyasəti ölkənin iqtisadi və müdafiə qüdrətini durmadan artıraraq regionda və onun hüdudlarından kənarda sabitliyin qarantına çevrilib, ölkənin ərazi bütövlüyünün bərpa edilməsi üçün ilkin şərait yaradır.

Beynəlxalq ictimaiyyət mədəniyyətlərarası dialoqun və xalqlar arasında qarşılıqlı anlaşmanın, multikulturalizmin və tolerantlığın təbliğinin inkişafı üçün Sizin yorulmadan göstərdiyiniz səyləri və Azərbaycanın bu işə töhfəsini yüksək qiymətləndirir.

Zati-aliləri, biz Demokratiya və İqtisadi inkişaf uğrunda təşkilatın – GUAM-ın əsasını qoymuş dövlətlərdən biri kimi Azərbaycanın bizim strateji tərəfdaşlar olan dost ölkələr arasında əməkdaşlığın daha da inkişaf etməsinə və dərinləşməsinə töhfəsini yüksək qiymətləndiririk. GUAM-ın coğrafiyası üzv dövlətlərin, o cümlədən Azərbaycanın milli maraqlarının inkişafı və müdafiəsi üçün ən mühüm məkanlardan biridir. Əminik ki, GUAM çərçivəsində əməkdaşlıq potensialının reallaşdırılması strateji əhəmiyyətli bu coğrafiyanın sülh, sabitlik, təhlükəsizlik və firavanlıq məkanına çevrilməsinə, ölkələrimizin müstəqilliyinin və suverenliyinin möhkəmlənməsinə xidmət edəcək.

Hörmətli İlham Heydər oğlu, icazə verin, fürsətdən istifadə edib bu bayramqabağı günlərdə Sizi həm də qarşıdan gələn Yeni il münasibətilə təbrik edim, Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik və ölkənin daha da firavanlaşması naminə planlarınızın həyata keçirilməsində uğurlar diləyim. Qəti əmin olduğumu bildirirəm ki, qarşıdan gələn yeni il Azərbaycan xalqının yeni uğurları və qələbələri ilə əlamətdar olacaq”.

13:27

Beynəlxalq Türk Akademiyasının prezidenti Darhan Kıdırali Azərbaycan Respublikasının prezidenti  İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

Oxu.Az-ın məlumatına görə, təbrik mətnində deyilir:  

“Hörmətli cənab Prezident.

İcazə verin Sizi doğum gününüz münasibətilə Beynəlxalq Türk Akademiyasının rəhbərliyi adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edim.

Sizin yorulmaz fəaliyyətiniz sayəsində qardaş Azərbaycan bütün sahələrdə, dövlət quruculuğu istiqamətində və beynəlxalq miqyasda əhəmiyyətli uğurlar əldə edib, beynəlxalq münasibətlər sisteminin nüfuzlu üzvünə çevrilib.

Azərbaycanın Sizin rəhbərliyinizlə dünya miqyasında mədəniyyətlər və sivilizasiyalar arasında dialoqa, multikulturalizm ənənələrinin inkişafına, sülh və tolerantlığın təmin olunmasına verdiyi töhfə ölçüyəgəlməzdir.

Hörmətli cənab Prezident, bu xoş fürsətdən istifadə edərək, Beynəlxalq Türk Akademiyasının fəaliyyətinə göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin təşəkkürümü bildirirəm. Bu əlamətdar gündə Zati-alinizə möhkəm cansağlığı, uzun ömür, ali dövləti fəaliyyətinizdə yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və firavanlıq diləyirəm”.

12:59

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail Dövlətindəki nümayəndəliyinin direktoru, “Cəmiyyət üçün Beynəlxalq layihələr” Qeyri-Hökumət Təşkilatının rəhbəri Arye Qut Azərbaycan Respublikasının prezidenti  İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

Oxu.Az-ın məlumatına görə, təbrik mətnində deyilir:  

“Möhtərəm cənab Prezident.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin. Sizin üçün bu əlamətdar gündə Sizə - təcrübəli dövlət xadiminə, Azərbaycan dövlətinin müstəsna istedadlı, praqmatik siyasi xadiminə və layiqli liderinə səmimi hörmət və minnətdarlığımı bir daha bildirmək istərdim.

Sizin ardıcıl, çoxvektorlu və tarazlaşdırılmış xarici siyasətiniz sayəsində Azərbaycan Respublikası əsil regional liderə çevrilib, həm postsovet məkanında, həm də dünya birliyində öz məxsusi və nüfuzlu yerini tutub.

Azərbaycan sivilizasiyalararası, konfessiyalararası və mədəniyyətlərarası dialoqun əsil nümunəsi olub və bu gün də belədir. Məhz Sizin praqmatik və müdrik siyasi fəaliyyətiniz sayəsində tolerantlıq və multikulturalizm Azərbaycan cəmiyyətinin həyat tərzinə çevrilib. Multikulturalizmin Azərbaycan modeli millətçiliyin, şovinizmin, faşizmin və terrorizmin alternatividir.

Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, İsrail Dövləti və İsrail xalqı şəxsən Sizin Azərbaycanda yaşayan bütün icmalara, habelə yəhudi icmasına dünyada presedenti olmayan xüsusi qayğıkeş münasibətinizi yüksək qiymətləndirir. Siz dünyəvi dövlətə, multikulturalizmə və tolerantlığa sadiqliyinizə, Azərbaycanda yaşayan bütün konfessiyaların və xalqların nümayəndələrinə hörmətlə yanaşdığınıza görə həm İsrail cəmiyyətinin, həm də dünya yəhudi icmalarının əksəriyyətinin hörmətini qazanmısınız.

Qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ən xoş arzularımı qəbul edin. Sizə və gözəl ailənizə səmimi qəlbdən tükənməz enerji, möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, ali dövləti fəaliyyətinizdə böyük uğurlar, qardaş Azərbaycan xalqına sülh və tərəqqi arzu edirəm”.

12:38

Yunanıstanın “Motor Oil Hellas”, “Vegas Oil and Gas” şirkətlərinin sədri Vardis Vardinoyannis və xanımı Marianna Vardinoyannis Azərbaycan Respublikasının prezidenti  İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

Oxu.Az-ın məlumatına görə, təbrik mətnində deyilir:  

“Zati-aliləri.

Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirik. Sizə həyatın ən gözəl nemətləri olan möhkəm cansağlığı, tükənməz enerji, rifah və xoşbəxtlik diləyirik.

Qoy Tanrı Sizi və doğmalarınızı qorusun! Ölkənizin və bəşəriyyətin rifahı və inkişafı naminə bütün nəcib arzularınızın həyata keçməsini arzu edirik”.

22 dekabr, 17:20

TÜRKSOY-un baş katibi Düsen Kaseinov Azərbaycan Respublikasının prezidenti  İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

Oxu.Az-ın məlumatına görə, təbrik mətnində deyilir:  

“Hörmətli cənab Prezident.

Beynəlxalq TÜRKSOY təşkilatının baş katibliyi, Türkdilli Ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Zati-alinizin yürütdüyü humanist və sülhsevər siyasət nəticəsində Azərbaycan Respublikası durmadan inkişaf edir, dünya ölkələri arasında tutduğu layiqli yerini daha da möhkəmləndirir.

Bu il 100 illiyini qeyd etdiyimiz Azərbaycan Respublikası ilə 25 yaşına çatan Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY arasında qarşılıqlı mədəni əməkdaşlığın genişləndirilməsinə və inkişaf etdirilməsinə göstərdiyiniz diqqəti və qayğını yüksək qiymətləndiririk.

Xoş fürsətdən istifadə edərək, TÜRKSOY-un fəaliyyətinə göstərdiyiniz dəstəyə görə Sizə dərin təşəkkürümü bildirir, bu əlamətdar gündə Zati-alinizə möhkəm cansağlığı, uzun ömür və ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzulayıram”.

16:16

İordaniyanın Kralı II Abdullah Azərbaycan Respublikasının prezidenti  İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

Oxu.Az-ın məlumatına görə, təbrik mətnində deyilir:  

“Zati-aliləri.

Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.

Sizə cansağlığı və xoşbəxtlik arzularımı qəbul etməyinizi xahiş edirəm”.

16:12

Rusiya Federasiyasının Dağıstan Respublikası Xalq Məclisinin sədri Xızrı Şıxsəidov Azərbaycan Respublikasının prezidenti  İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

Oxu.Az-ın məlumatına görə, təbrik mətnində deyilir:  

“Möhtərəm İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Müasir Azərbaycanın uğurları, onun iqtisadi, siyasi və beynəlxalq mövqelərinin möhkəmlənməsi Sizin adınızla ayrılmaz surətdə bağlıdır. Siz uzaqgörən və müdrik siyasi xadim kimi haqlı olaraq həm öz vətəninizdə, həm də onun hüdudlarından kənarda böyük nüfuz qazanmısınız. Sizin fəaliyyət xəttinizin çoxmillətli Azərbaycan xalqı tərəfindən haqlı olaraq dəstəklənməsi Azərbaycan Respublikasının Prezidenti seçkilərində növbəti inandırıcı qələbəyə çevrildi. Sizin rəhbərliyinizlə həyata keçirilən dəyişikliklər və iri layihələr atanız, Azərbaycan xalqının dahi oğlu və ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin şanlı işlərinin layiqli davamıdır.

Müxtəlif missiyaların və nümayəndə heyətlərinin işində iştirak edən Rusiya təmsilçiləri, o cümlədən dağıstanlılar hər dəfə sizin respublikanın qazandığı şəksiz nailiyyətlərin şahidi olurlar. Əminəm ki, çoxəsrlik qarşılıqlı hörmət, səmimiyyət və etimad ənənələri bundan sonra da xalqlarımız arasında qardaşlıq münasibətlərinin, habelə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası və onun tərkib hissəsi olan Dağıstan Respublikası arasında əməkdaşlığın böyük potensialının həyata keçirilməsinin əsası olacaq. Sizinlə şəxsi münasibətlərimizi yüksək qiymətləndirirəm və Sizinlə görüşləri həmişə ən xoş duyğularla xatırlayıram.

Möhtərəm İlham Heydər oğlu, Sizə ən xoş arzularımı, möhkəm cansağlığı, əmin-amanlıq, tükənməz qüvvə və enerji diləyir, Azərbaycan naminə bütün təşəbbüslərinizdə Sizə yeni uğurlar arzulayıram”.

15:33

Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev Azərbaycan Respublikasının prezidenti  İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

Oxu.Az-ın məlumatına görə, təbrik mətnində deyilir:  

“Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Siz son dərəcə təcrübəli dövlət xadimi, səriştəli diplomat və müstəsna istedadlı siyasi xadim olaraq Azərbaycanı günbəgün inkişaf və firavanlaşma yolu ilə irəli aparırsınız. Sizin strateji düşünmək, qəbul olunmuş qərarları ardıcıl surətdə həyata keçirmək və xalqı inamla irəli aparmaq, Azərbaycan dövlətinin sabitliyini və dünya siyasi arenasında mövqelərini ilbəil möhkəmlətmək qabiliyyətiniz səmimi heyranlıq doğurur.

Sizə səmimi qəlbdən tükənməz enerji, möhkəm cansağlığı arzu edir, qardaş Azərbaycanın yeni qələbələri naminə bütün planlarınızın həyata keçməsini diləyirəm”.

15:25

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Azərbaycan Respublikasının prezidenti  İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

Oxu.Az-ın məlumatına görə, təbrik mətnində deyilir:  

“Möhtərəm cənab Prezident.

Doğum gününüz münasibətilə Sizi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu adından ürəkdən təbrik edir, ən səmimi arzularımı çatdırıram.

Uzaqgörən rəhbərliyinizlə Azərbaycan əldə etdiyi nailiyyətlərlə regionun ən inkişaf etmiş ölkəsinə çevrilib və beynəlxalq arenadakı uğurları ilə dünya birliyinin fəal üzvü kimi nüfuz qazanıb.

Sizin verdiyiniz mühüm töhfələrin və apardığınız uğurlu siyasətin nəticəsi kimi, türk dünyasının birliyi daha da möhkəmlənməkdə və daha vüsətli bir mərhələyə qədəm qoymaqdadır. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna dəyərli dəstəyinizə, təşkilatın fəaliyyətini yüksək qiymətləndirdiyinizə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Sizin təşəbbüsünüzlə yaradılmış Fond yeni layihə və proqramları ilə türk dünyasını beynəlxalq aləmdə qürurla təbliğ edərək işini yüksək etimadınıza layiq olaraq davam etdirəcək.

Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar, xoşbəxtlik arzulayır, bir daha səmimi qəlbdən təbrik edirik.

Fürsətdən istifadə edərək Sizi qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə də ürəkdən təbrik edirik”.

15:12

MDB İcraiyyə Komitəsinin sədri–icraçı katib Sergey Lebedev Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

Oxu.Az-ın məlumatına görə, təbrik mətnində deyilir:  

“Möhtərəm İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsi adından və şəxsən öz adımdan səmimi təbriklərimizi qəbul edin.

Sizin adınız Azərbaycanda, regionda və bütün dünyada öz ölkəsini inkişaf və firavanlıq, vətəndaş həmrəyliyinin və əmin-amanlığın təmin edilməsi yolunda qətiyyətlə irəli aparan prinsipial, güclü və iradəli rəhbər assosiasiyası doğurur.

Sizin yüksək intellektual potensialınız, geniş təfəkkürünüz və dövlət idarəçiliyi sahəsində çoxillik təcrübəniz dinamik inkişaf edən müasir reallıq şəraitində optimal qərarlar qəbul etməyə imkan verir.

Sizin rəhbərliyinizlə həyata keçirilən strateji kurs Azərbaycanın beynəlxalq arenada nüfuzunun və rolunun durmadan yüksəldilməsinə yönəlib.

Ölkənin iqtisadi potensialının möhkəmlənməsi, insanların həyat keyfiyyətinin yaxşılaşdırılması Sizin Prezident vəzifəsində səmərəli işinizin dəyişməz prioritetləri olub və yenə də belədir.

Əminəm ki, Sizin qərarlar qəbul olunmasında və hər bir işdə nümayiş etdirdiyiniz siyasi iradə və müdriklik güclü və inkişaf etmiş dövlət yaratmağa, Müstəqil Dövlətlər Birliyi məkanında qarşılıqlı inteqrasiyanın möhkəmlənməsinə bundan sonra da kömək edəcək.

Möhtərəm İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, firavanlıq və çoxşaxəli dövləti fəaliyyətinizdə yeni uğurlar arzulayıram”.

21 dekabr, 22:21

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Qafqaz Xalqları Ali Dini Şurasının sədri Şeyxülislam Allahşükür Paşazadə və şuranın üzvləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi doğum günü münasibəti ilə təbrik ediblər.

Oxu.Az xəbər verir ki, məktubda deyilir:

“Möhtərəm cənab Prezident.

Zati-alinizi doğum gününüz münasibətilə bütün Qafqaz dindarları adından təbrik etməkdən şərəf duyuruq. Azərbaycan xalqı və dövləti, bölgənin mənafeyi naminə fəaliyyətinizdə, həmçinin dünya miqyasında dəyər kəsb edən səy və əməllərinizdə Sizə Uca Yaradandan uğurlar diləyirik.

Zati-aliləri, Siz Azərbaycan xalqının XXI əsrdə əvəzsiz liderisiniz. Uca mənəviyyat yoluna sadiq şəxsiyyət olaraq, Siz dövlət başçısı məqamında xalqın mənafe və maraqlarını illərlə ən yüksək səviyyədə müdafiə edərək misilsiz uğurlara imza atmağa nail olmuş siyasi lidersiniz. Şükürlər olsun ki, ildən-ilə artan nüfuzunuzla bizləri daha artıq dərəcədə sevindirirsiniz. Zati-alinizin zamanın çağırışlarına, dünyamızın ehtiyac duyduğu məramlara cavab verən ideyalar irəli sürmək qüdrəti və qətiyyəti biz qafqazlılara qürur bəxş edir.

Möhtərəm cənab Prezident, elan etdiyiniz istər Multikulturalizm, istər İslam Həmrəyliyi illəri, müəllifi olduğunuz “Bakı Prosesi”, habelə xeyir-duanızla uğurla fəaliyyətə başlamış Bakı Dinlər və Sivilizasiyalararası Beynəlxalq Əməkdaşlıq Mərkəzi ümumi, bəşəri məramlara xidmət edən səyləriniz sırasında önəmli yer tutur. Fəxrlə deyə bilərik ki, Azərbaycanın dünya miqyasında mədəniyyətlər, sivilizasiyalar, dinlər arasında dialoq prosesində bugünkü uğurları, aparıcı rolu Sizin siyasi iradə və qlobal təşəbbüslərinizdən qaynaqlanır. Biz, Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri Sizin müdrik qərar və təşəbbüslərinizin işığında bu ideyaları dünyanın nüfuzlu beynəlxalq tribunalarında təşviq edərkən irəli sürdüyünüz ideyaların mənəvi əzəmətinin həm müsəlmanlar, həm də qeyri-müsəlmanlar tərəfindən böyük ehtiram və dəstəklə qarşılandığının bilavasitə şahidi olur və bundan fəxarət duyuruq.

Zati-aliləri, dini və milli zəmində ekstremizmin, islamofobiya, antisemitizm, ksenofobiya təzahürlərinin tüğyan etdiyi bir vaxtda dünyanın ehtiyac duyduğu insan həmrəyliyinə aparan sülh və ədalət ideyalarının ətrafında cəm olmağa çağırmaqla, Siz dünyaya yeni siyasi mədəniyyət və uzaqgörənlik nümunəsi təqdim edirsiniz. Ümumbəşəri məramlara xidmət edən missiyanız sayəsində Azərbaycan dövləti dünyada gedən proseslərə özəl, dəyərli töhfələr verir.

Möhtərəm cənab Prezident, Azərbaycandakı din-dövlət münasibətlərinin yüksək səviyyəsinin təmini istiqamətində əməli addımlarınız, milli-mədəni irsin dirçəlişinə göstərdiyiniz maddi və mənəvi yardım nəinki ölkədə, Qafqaz bölgəsində, habelə dünyanın bir çox dövlətlərində dini abidələrə - məscidlərlə yanaşı, xristian və yəhudi dini məbədlərinə qayğı və himayəniz müdrik siyasətin nümunəsi kimi beynəlxalq aləmdə yüksək dəyərləndirilir.

Zati-aliləri, Sizin Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri ilə görüşləriniz dəyərli ənənə şəklini almışdır. Bu görüşlərin, qardaşlıq ünsiyyətlərimizin hər biri bizim üçün unudulmaz olub, özəl dəyər kəsb edir. Zati-alinizin müdrik din-dövlət siyasəti sayəsində xalq-dövlət birliyi, mənəvi vəhdətə istinad edən multikultural Azərbaycan modeli uğurlu nümunə kimi bütün dünya, o cümlədən Qafqaz üçün təqdirəlayiqdir.

Möhtərəm cənab Prezident, biz, Qafqaz Xalqları Ali Dini Şurasında təmsil olunan müxtəlif dini konfessiyaların rəhbərləri bütün bölgə dindarlarının iradəsini ifadə edərək, Zati-alinizə doğum gününüz münasibətilə təbriklərimizi və dərin ehtiramımızı bildirir, Azərbaycan xalqının və dövlətçiliyinin tərəqqisi, bölgəmizin mənafeyi naminə gördüyünüz dəyərli işlərə Uca Yaradanımızdan rəvac diləyir, xeyir-dualarımızı bildiririk. Qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ən xoş diləklərimizi qəbul edin. Uca Yaradan hər zaman yardımçınız olsun!

Qoy o bir olan Yaradan öz lütf və mərhəmətini hər zaman Azərbaycan xalqı və dövləti, bütün Qafqaz üzərində bərqərar etsin!”.

21.43

“Lukoyl” neft şirkətinin prezidenti Vahid Ələkbərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib.

Oxu.Az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Siz, nadir siyasi uzaqgörənliyə, zəngin təcrübəyə və rəhbərlik istedadına malik olmaqla, həyatınızı dövlətə xidmətə, onun təsisatlarının təkmilləşdirilməsinə, iqtisadiyyatın inkişafı və sosial rifahın təmin olunmasına həsr etmisiniz. Sizin səylərinizlə ölkəyə xarici investisiyaların cəlb edilməsi üçün möhkəm təməl yaradılıb. Bu gün biz həmin çoxillik işin nəticələrini görürük, dünyada siyasi və iqtisadi vəziyyətin heç də sadə olmaması fonunda Azərbaycan davamlı irəliləyiş nümayiş etdirir.

İcazə verin, LUKOYL şirkətinin Azərbaycan Respublikasında fəaliyyətinə göstərdiyiniz daimi diqqət və dəstəyə görə Sizə dərin təşəkkürümü bildirim. Sizi əmin etmək istəyirəm ki, biz qarşımıza qoyulmuş bütün vəzifələri fəal surətdə yerinə yetirməkdə davam etməyə və birgə layihələr üzrə əməkdaşlığı inkişaf etdirməyə hazırıq.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, tükənməz enerji, firavanlıq, əmin-amanlıq və Azərbaycanın rifahı naminə çoxşaxəli fəaliyyətinizdə yeni böyük uğurlar diləyirəm”.

21.00

Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Medvedev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib.

Oxu.Az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi Rusiya Federasiyasının Hökuməti adından və şəxsən öz adımdan təbrik edirəm.

Rusiya Federasiyası ilə Azərbaycan Respublikasını bir-birinə bağlayan mehriban qonşuluq, dostluq və tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsinə Sizin sanballı şəxsi töhfənizi xüsusi qeyd etmək istəyirəm. Qarşılıqlı ticari-iqtisadi və investisiya əlaqələri durmadan inkişaf edir, energetika, sənaye, infrastruktur, elm və mədəniyyət sahələrində perspektivli birgə layihələr həyata keçirilir.

Əminəm ki, praktiki kooperasiyanın daha da genişlənməsi, qarşılıqlı faydalı yeni təşəbbüslərin inkişaf etdirilməsi hər iki ölkənin maraqlarına tamamilə uyğundur.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, firavanlıq və ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzu edirəm”.

19.40

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib.

Oxu.Az xəbər verir ki, təbrik məktubunda deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Azərbaycan Respublikasının Prezidenti vəzifəsində çoxşaxəli fəaliyyətiniz Sizə, haqlı olaraq, həm öz ölkənizdə, həm də onun hüdudlarından uzaqlarda hörmət qazandırıb.

Birgə səylərimiz sayəsində biz ölkələrimizin qarşılıqlı faydalı münasibətlərində nəzərəçarpacaq nəticələrə nail olmuşuq.

Fürsətdən istifadə edib əmin olduğumu bildirirəm ki, Tacikistan ilə Azərbaycan arasında dostluq və qarşılıqlı anlaşma ənənələrinə əsaslanan çoxşaxəli əməkdaşlıq münasibətləri xalqlarımızın köklü mənafelərinə uyğun olaraq bundan sonra da möhkəmlənəcək və inkişaf edəcək.

Əziz dostum, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, qardaş Azərbaycanın çiçəklənməsi naminə ali dövləti fəaliyyətinizdə böyük uğurlar arzu edirəm”.

17.53

Özbəkistan Respublikasının prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

Oxu.Az-ın məlumatına görə, təbrik mətnində deyilir:  

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm və ən xoş arzularımı bildirirəm.

Əsrlər boyu dilimizin və dinimizin, dəyərlərimizin, ənənələrimizin və mədəniyyətlərimizin ümumiliyi sayəsində birləşən xalqlarımız arasında dostluq münasibətlərinin möhkəmlənməsinə Sizin sanballı töhfənizi yüksək qiymətləndirirəm.

Məmnuniyyətlə vurğulamaq istəyirəm ki, son illərdə Özbəkistanla Azərbaycan arasında qarşılıqlı faydalı əməkdaşlığa, etimada və hörmətə əsaslanan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə ardıcıl olaraq inkişaf edir.

Əminəm ki, qarşıdakı yüksək səviyyəli səfərlər mübadiləsi və səmərəli danışıqlar bizim əməkdaşlığı məzmunca zənginləşdirəcək və yüksək səviyyəyə çatdıracaq.

Hörmətli İlham Heydər oğlu, icazə verin bu fərəhli gündə Sizə uzun ömür, möhkəm cansağlığı, ailə səadəti, habelə ölkənizin firavanlığının və inkişafının təmin edilməsinə yönəlmiş fədakar və genişmiqyaslı fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və tərəqqi arzularımı bildirim”.

16:59

Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suver Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

Oxu.Az-ın məlumatına görə, təbrik mətnində deyilir:  

“Zati-aliləri, hörmətli Prezidentimiz.

Doğum gününüz münasibətilə Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfi adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi çatdırıram.

Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Azərbaycanın rifahı naminə yorulmaz fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm.

Zati-alinizi doğum gününüz münasibətilə bir daha təbrik edir və ən dərin ehtiramlarımı çatdırıram”.

16:56

Almaniyanın “S.A.T. Security and Transport” şirkətinin rəhbəri Konrad Szorq Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

Oxu.Az-ın məlumatına görə, təbrik mətnində deyilir:  

“Hörmətli cənab Prezident.

Ad gününüz münasibətilə Sizi təbrik edirəm. Sizə, ailənizə, dostlarınıza möhkəm cansağlığı, xoşbəxtlik diləyirəm.

Ötən illər ərzində etdiyimiz uğurlu əməkdaşlıqdan, Sizi və ailənizi tanımaq fürsətini əldə etməkdən böyük məmnuniyyət və şərəf duyuruq.

Xahiş edirəm qarşıdan gələn Yeni il münasibətilə təbriklərimizi qəbul edin.

Bu fürsətdən istifadə edərək, “S.A.T. Security and Transport” şirkətinin adından və şəxsən öz adımdan Sizə dövlət başçısı kimi ölkənizin gələcək mənafeyi və tərəqqisi naminə məsul vəzifənizin icrasında yeni-yeni uğurlar arzu edirəm”.

16:54

Rusiyanın Stavropol diyarının dördüncü çağırış Dumasının deputatı, “SRV” hüquq agentliyi” ASC-nin baş direktoru Roman Saviçev Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

Oxu.Az-ın məlumatına görə, təbrik mətnində deyilir:  

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Hər bir insanın həyatında bu əlamətdar gün illər boyu qazanılmış müdrikliyin, peşəkarlığın, qiymətli biliklərin və əzmkarlığın, iş qabiliyyətinin və öz gücünə inamın təcəssümüdür.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, bütün niyyətlərinizi həyata keçirmək üçün tükənməz fiziki və mənəvi qüvvə arzu edirəm. Qoy bütün işləriniz uğurlu olsun, nikbinlik və xoş əhval-ruhiyyə Sizi heç vaxt tərk etməsin, hər yeni gün Sizə əmin-amanlıq, harmoniya və xoşbəxtlik bəxş etsin!”

16:50

Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Rəşid Alimovdan Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

Oxu.Az-ın məlumatına görə, təbrik mətnində deyilir:  

“Möhtərəm İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Bu gün Azərbaycan Sizin müdrik rəhbərliyinizlə cəmiyyətin həyatının bütün sahələrinin müasirləşdirilməsi yolunda ardıcıl və dinamik surətdə irəliləyir. Sizin zəngin siyasi təcrübəniz və yüksək peşəkarlığınız Azərbaycan xalqının rifahının yüksəldilməsi naminə mürəkkəb məsələləri qətiyyətlə və ardıcıl olaraq həll etməyə imkan verir. Sizin dünya miqyasında yeritdiyiniz uzaqgörən və praqmatik siyasətiniz, ölkənin milli mənafelərini qətiyyətlə qorumaq və müdafiə etməkdə xüsusi bacarığınız sayəsində Azərbaycan regional və beynəlxalq gündəlikdə olan ən mühüm məsələlərin həllində fəal rol oynayır.

2018-ci il dekabrın 31-də mənim Baş katib vəzifəsində səlahiyyət müddətim başa çatır. Bununla əlaqədar, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) işlərinə daimi və səmimi diqqətinizə görə Sizə ürəkdən minnətdarlığımı bildirmək istəyirəm. Əminəm ki, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatının fəaliyyətində iştirakı mühüm regional və beynəlxalq problemlər üzrə Bakı ilə ŞƏT arasında konstruktiv əməkdaşlığın təşəkkülü və inkişafı üçün geniş imkanlar açacaq.

İcazə verin, fürsətdən istifadə edərək Sizə qarşıdan gələn yeni, 2019-cu il münasibətilə təbriklərimi, möhkəm cansağlığı və Azərbaycan Respublikasının rifahı naminə daha böyük nailiyyətlər arzularımı bildirim”.

14:44

Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri Vladimir Vasilyev Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

Oxu.Az-ın məlumatına görə, təbrik mətnində deyilir:  

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Siz uğurlara imza atmış bir dövlət xadimi kimi Azərbaycan Respublikasında sabitliyin və firavanlığın qarantısınız.

Sizin müdrikliyiniz, uzaqgörənliyiniz və geniş dünyagörüşünüz sayəsində bu gün Azərbaycan Respublikası dinamik inkişaf edən bir dövlətdir.

Əminəm ki, Rusiya Federasiyasının Dağıstan Respublikası ilə Azərbaycan Respublikası arasında çoxəsrlik dostluq tellərinə və qarşılıqlı hörmətə əsaslanan səmimi və mehriban qonşuluq münasibətləri xalqlarımızın mənafeyi naminə bundan sonra da genişlənəcək.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, firavanlıq, Azərbaycan Respublikasının rifahı naminə qarşıya qoyduğunuz məqsədlərə nail olmaqda yeni uğurlar diləyirəm”.

14:35

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Oxu.Az xəbər verir ki, məktubda deyilir: 

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Əminəm ki, Sizin ali dövləti fəaliyyət sahəsində çoxillik təcrübəniz, xalqınızın rifahının yaxşılaşdırılmasına yönəlmiş gərgin səyləriniz bundan sonra da Azərbaycanın firavanlaşmasına və davamlı inkişafına sanballı töhfə verməkdə davam edəcək.

İnanıram ki, Astana ilə Bakı arasında çoxəsrlik ənənəvi dostluq münasibətləri qardaşcasına strateji tərəfdaşlıq əsasında, habelə ölkələrimizin xalqlarının rifahı naminə bundan sonra da dinamik şəkildə inkişaf edəcək.

Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı, tükənməz enerji, məsul dövləti vəzifənizdə yeni uğurlar, qardaş Azərbaycan xalqına sülh və firavanlıq diləyirəm”.

20 dekabr, 17:46

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.

Oxu.Az-ın xəbərinə görə, təbrikdə deyilir: 

“Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.

Bu gün qardaş Azərbaycan Sizin müdrik rəhbərliyinizlə həyatın bütün sahələrində tərəqqi və inkişaf yolunda inamla irəliləyir. Ölkənin daxili və xarici siyasətindəki inamlı uğurlar Sizin adınızla ayrılmaz surətdə bağlıdır.

Böyük məmnuniyyətlə vurğulamaq istəyirəm ki, hazırda Türkmənistan ilə Azərbaycan Respublikası arasında münasibətlər yeni məzmun kəsb etməkdədir. Bu yaxınlarda Sizin Türkmənistana rəsmi səfəriniz qardaş xalqlarımız arasında dostluq tellərinin möhkəmlənməsi, ölkələrimizin müxtəlif sahələrdə əməkdaşlığının dərinləşməsi yolunda mühüm mərhələ oldu. Qəti əminəm ki, bizim birgə səylərimizlə Türkmənistan-Azərbaycan qarşılıqlı əlaqələri xalqlarımızın rifahı naminə bundan sonra da inkişaf edəcəkdir.

Bu xoş fürsətdən istifadə edərək, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq, habelə qardaş Azərbaycan Respublikası xalqının rifahı naminə bütün təşəbbüslərinizdə və səylərinizdə yeni uğurlar arzulayıram”.

17:27

Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Oxu.Az-ın xəbərinə görə, təbrik mətnində deyilir:

“Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Son illər ərzində Çin-Azərbaycan münasibətləri dinamik inkişaf tendensiyasını qoruyub saxlayır. İki ölkə arasında əlaqələr bütün sahələrdə inkişaf edir, “Bir kəmər – bir yol”un birgə inşası çərçivəsində əməkdaşlıq müvəffəqiyyətlə davam edir.

Mən Çin-Azərbaycan münasibətlərinə böyük diqqət yetirirəm. Ölkələrimiz və xalqlarımız naminə Çin-Azərbaycan dostluq, əməkdaşlıq münasibətlərində yeni-yeni uğurlar əldə edilməsi üçün Sizinlə birgə səylərimi davam etdirməyə hazıram.

Sizə möhkəm cansağlığı arzulayıram”.

17:19

Ukrayna prezidenti Petro Poroşenko Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə doğum günü münasibəti ilə təbrik məktubu ünvanlayıb.

Oxu.Az-ın xəbərinə görə, təbrik mətnində deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Uzaqgörən siyasətiniz və həyata keçirdiyiniz mühüm işlər sayəsində Azərbaycan qlobal miqyasda milli maraqlarını müdafiə edərək güclü regional liderə çevrilmiş, beynəlxalq arenada önəmli yer tutmuşdur.

Qeyd etmək istərdim ki, Azərbaycan Ukrayna üçün etibarlı strateji tərəfdaş olaraq qalır. Əminəm ki, Ukrayna-Azərbaycan əməkdaşlığı gələcəkdə də yüksək dinamikası, eləcə də dövlətlərimiz və xalqlarımız arasında qarşılıqlı əlaqələrin dərinləşməsi ilə xarakterizə ediləcəkdir.

İnanıram ki, iki ölkənin çoxtərəfli təşəbbüs və layihələr çərçivəsində səylərinin birləşdirilməsi Ukraynanın və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün bərpasına təsir edəcəkdir.

Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar, dost Azərbaycan xalqına isə sülh və firavanlıq arzu edirəm”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri