16 
Yan
2019
22:30
25
305
6839
Virtual karabakh

Həmsədrlər Qarabağ danışıqları ilə bağlı bəyanat yayıblar

16 Yan, 2019
22:30
6839

Həmsədrlər Qarabağ danışıqları ilə bağlı bəyanat yayıblar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Parisdə keçirilən görüşün yekunlarına dair bəyanat yayıblar.

Oxu.Az xəbər verir ki, bəyanatda nazirlərin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı geniş spektr məsələləri müzakirə etdikləri, əhalinin sülhə hazırlanması ilə əlaqədar konkret addımların atılmasının zəruriliyi barədə razılığa gəldikləri bildirilir.

Qeyd olunur ki, nazirlər və həmsədrlər danışıqlara güclü müsbət dinamika vermək üçün Azərbaycan və Ermənistan liderləri arasında mümkün görüşün keçirilməsi istiqamətində addımların atılmasını müzakirə ediblər.

Həmsədrlər regionun iqtisadi potensialının reallaşdırılması istiqamətində mümkün qarşılıqlı faydalı təşəbbüslərin vacibliyini önə çəkiblər. Onlar yaxın zamanlarda Azərbaycan və Ermənistan liderləri ilə görüş keçirməyi planlaşdırırlar.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri