25 
Yan
2019
12:17
10
80
2245
Virtual karabakh

Gənclər siyasəti ilə bağlı qanun dəyişdirilir

25 Yan, 2019
12:17
2245

Gənclər siyasəti ilə bağlı qanun dəyişdirilir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yanvarın 25-də Milli Məclisin (MM) Gənclər və idman komitəsinin parlamentin qarşıdan gələn 2019-cu il yaz sessiyası ilə bağlı ilk iclası öz işinə başlayıb.

Oxu.Az-ın xəbərinə görə, iclasın gündəliyinə adıçəkilən komitənin 2018-ci il payız sessiyasında gördüyü işlərin hesabatı və qarşıdan gələn 2019-cu il yaz sessiyası ilə bağlı qanunvericilik işləri planı daxil edilib.

Eyni zamanda, gündəliyə “Gənclər siyasəti haqqında” qanuna dəyişikliklər edilməsi barədə” (birinci oxunuşda) qanun layihəsi salınıb.

Sözügedən komitənin sədri Ülvi Quliyev bildirib ki, son payız sessiyasında komitənin üç iclası keçirilib və bu iclaslarda beş məsələ müzakirə edilib.

Qeyd edib ki, hesabat dövründə komitəyə 47 müraciət, ərizə və şikayət daxil olub və onların əksəriyyəti baxılması üçün aidiyyəti orqanlara göndərilib.

Kamil HƏMZƏOĞLU

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri