30 
Yan
2019
13:14
193
76
4846
Virtual karabakh

Azərbaycan postsovet məkanının ən nəhəng silah idxalçısıdır

30 Yan, 2019
13:14
4846

Azərbaycan postsovet məkanının ən nəhəng silah idxalçısıdır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Howmuch” saytı dünya problemlərini araşdıran Stokholm Beynəlxalq İnstitutunun (SIPRI) və Beynəlxalq Bankın 2016-2017-ci ildəki məlumatları əsasında dünyanın silah bazarının ixracatçı və idxalçı ölkələrinin xəritəsini hazırlayıb. 

Araşdırmaçılar qeyd edib ki, hesablamalar zamanı bütün növ silahlar, hərbi texnikalar nəzərə alınıb. 

Oxu.Az xəbər verir ki, 2017-ci ilin məlumatlarına əsasən, postsovet məkanının ən nəhəng silah idxal edən ölkəsi Azərbaycandır. 

Belə ki, Bakı əvvəlki illərlə müqayisədə silah idxalına 7 milyon dollar çox, yəni 279 milyon dollar sərf edib. İlk üçlüyü Qazaxıstan (209 milyon dollar) və Belarus (145 milyon dollar) qapayır. 

Ümumilikdə, postsovet məkanında silah idxalı ilə vəziyyət belədir: Azərbaycan (279 mln. dollar), Qazaxıstan (209 mln. dollar), Belarus (145 mln. dollar), Türkmənistan (75 mln. dollar), Latviya (39 mln. dollar), Rusiya (34 mln. dollar), Estoniya (30 mln. dollar), Litva (29 mln. dollar), Ermənistan (14 mln. dollar), Qırğızıstan (13 mln. dollar) və Gürcüstan (7 mln. dollar).

Ukrayna, Moldova, Tacikistan və Özbəkistanın həmin dövr üçün məlumatları açıqlanmayıb. Bununla yanaşı, qeyd edilib ki, bir il öncə Özbəkistan silah idxalına 63 mln. dollar, Tacikistan isə 8 mln. dollar xərcləyib. 

Reytinqə əsasən, dünyanın ən nəhəng silah idxalçıları Səudiyyə Ərəbistanı (4,11 milyard dollar) və Hindistan (3,36 milyard dollar) olub.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri