31 
Yan
2019
09:06
12
128
1449
Virtual karabakh

Sabah Milli Məclisin yaz sessiyası başlayır

31 Yan, 2019
09:06
1449

Sabah Milli Məclisin yaz sessiyası başlayır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabah, fevralın 1-də Milli Məclisin (MM) 2019-cu il yaz sessiyası öz işinə başlayır.

Oxu.Az-ın xəbərinə görə, sessiya öz işinə dövlət himninin səslənməsi və spiker Oqtay Əsədovun MM-in son payız sessiyasının hesabatı ilə start verəcək.

Sessiyanın ilk plenar iclasında öncə qanunvericilik işləri planı geniş müzakirə və təsdiq ediləcək.

Eyni zamanda, sessiyanın ilk iş günündə parlamentin İntizam komissiyasının tərkibi genişləndiriləcək, 7 nəfərdən 11 nəfərə çatdırılacaq.

Sessiyada 40-a yaxın qanun layihəsi müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, yaz sessiyasında baş nazirin, ombudsmanın, bələdiyyələrlə bağlı ədliyyə nazirinin müavininin və insan alverinə qarşı milli koordinatorun hesabatları dinləniləcək və təsdiqlənəcək.

Yaz sessiyasında 2018-ci ilin dövlət büdcəsinin icrası, o cümlədən, 2019-cu ilin büdcəsinə dəyişikliklər məsələsi müzakirə olunacaq.

Yaz sessiyası mayın 31-də öz işini yekunlaşdıracaq.

Kamil HƏMZƏOĞLU

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri