14 
Fev
2019
10:00
45
117
2024
Virtual karabakh

Azərbaycan üzr istəyən italiyalını bağışladı

14 Fev, 2019
10:00
2024

Azərbaycan üzr istəyən italiyalını bağışladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İtaliya Respublikasının vətəndaşı Culiyano Bifolki Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı”ndan çıxarılmasını xahiş edib.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məktubunda o, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyinə və ərazi bütövlüyünə, eləcə də, qanun və qaydalarına tam hörmət etdiyini bildirərək, Ermənistan vasitəsilə ölkəmizin ərazilərinə səfərinin niyyətli olmadığını qeyd edib. 

C.Bifolki Azərbaycanın ərazilərinə səfərinin bu bölgədə yaradılmış və uzunmüddətli münaqişənin nəticəsindən başqa bir şey olmayan qanunsuz rejimin təşviqinə heç bir halda xidmət etmədiyini müraciətində xüsusilə vurğulayıb.

Azərbaycan hökumətindən və xalqından icazəsiz səfərinə görə üzr istəyən C.Bifolki gələcəkdə belə səfərlərdən çəkinəcəyini, adının “Arzuolunmaz şəxslərin siyahısı”ndan çıxarılmasını xahiş edib. 

C.Bifolkinin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri