18 
Fev
2019
13:21
26
72
2265
Virtual karabakh

Parlament rəhbərliyində müxalifətin təmsilçiliyi mümkündürmü?

18 Fev, 2019
13:21
2265

Parlament rəhbərliyində müxalifətin təmsilçiliyi mümkündürmü?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Parlamentdə fraksiya yaratmaq üçün tələb olunan rəqəm dəyişdirilə bilməz.

Fraksiya yaratmaq üçün 25 millət vəkili tələb olunur və bu, belə də qalmalıdır, ən optimal variantdır.

Bunu Oxu.Az-a açıqlamasında  Milli Məclisin (MM) İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov parlamentdə təmsil olunan müxalifyönlü  və bəzi iqtidaryönlü partiyaların fraksiya yaratmaq üçün tələb olunan sayın azaldılması və ali qanunverici orqanın rəhbərliyində onların da nümayəndələrinin iştirak etməsi yönündə təkliflərinə münasibətini bildirərkən deyib.

“Bu, bütün dünyada da belədir ki, əgər parlament üzvləri arasında 25 nəfər müxalifətdən olursa, onlar fraksiya yaranırsa, o fraksiyanın da nümayəndəsi rəhbərlikdə təmsil olunur.

Bu gün bizim parlamentdə isə 13 partiyanın təmsilçisi var və onların da hərəsi bir yönümdədir” -deyən, millət vəkilinin sözlərinə görə, onların arasında sosial demokratı var, mərkəzçisi var, solçusu var, sağçısı və digərləri mövcuddur.

“O zaman bunlardan hansı biri deyə bilər ki, mən ümumi şəkildə bu siyasi partiyaları təmsil edirəm? Təbii ki, heç biri.

Tutaq ki, götürdün birini seçdin ora, o biri dərhal deyəcək ki, filankəs niyə seçildi və kimsə seçildisə, digər biri deyəcək ki, niyə mən komitə sədri olmadım, o oldu?! Yəni, burada ümumi qərarı olmadığı halda bu məsələ alınan və mümkün deyil.

Məsələn, bitərəflər parlamentdə kifayət qədərdir. Bitərəflər öz nümayəndələri ilə təmsil olunurlar-həm komitələrdə, həm parlamentin rəhbərliyində.

Amma yenə qeyd edirəm ki, müxalifəti təmsil edən parlament partiyaları yekcins deyillər, eyni ideya ətrafında birləşməyiblər, hərəsinin öz ideyası, hərəsinin  öz siyasi xətti mövcuddur.

Birini  də seçib, o birini seçməyəndə, artıq, bu, düzgün alınmır.

Ona görə 25 nəfər olmalıdır ki, fraksiya yaransın və o, öz namizədi ilə çıxış etsin, təmsil olunsun”, - deyə, komitə sədri sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri