28 
Fev
2019
00:01
715
27
10553
Virtual karabakh

Rusiyalı deputatların Xocalı yürüşündə iştirakı Yerevanı qəzəbləndirib

28 Fev, 2019
00:01
10553

Rusiyalı deputatların Xocalı yürüşündə iştirakı Yerevanı qəzəbləndirib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fevralın 26-da Bakıda Xocalı soyqırımının 27-ci ildönümü münasibəti ilə keçirilən yürüşdə Rusiya Dövlət Dumasının deputatları Dimitri Savelyov, Oksana Puşkina və İrina Rodnina da iştirak edib. Deputatlar yürüşdən sonra ölkə başçısı İlham Əliyev və vitse-prezident Mehriban Əliyeva ilə görüşüblər.

Lenta.ru-nun məlumatına görə, bu hadisə rəsmi Yerevanın qəzəbinə səbəb olub. Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan belə bir bəyanatla çıxış edib:

“Yerevan rusiyalı deputatların Bakıda anti-erməni xarakter daşıyan və regionda etimadın pozulması üçün istifadə olunan yürüşdə iştirakından narazıdır. Biz deputatların Bakı ilə həmrəyliyini və Ermənistanın əleyhinə yönəlmiş tədbirdə iştirakını  anlamırıq. Əminik ki, rəsmi Moskva deputatların Ermənistanın əleyhinə yönəlmiş bir tədbirdə iştirakını lazımınca qiymətləndirəcək”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri