28 
Fev
2019
11:37
23
118
5714
Virtual karabakh

Rəsmi Bakı Hindistan-Pakistan münaqişəsində kimin tərəfindədir? - AÇIQLAMA

28 Fev, 2019
11:37
5714

Rəsmi Bakı Hindistan-Pakistan münaqişəsində kimin tərəfindədir? - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Cənubi Asiyada sülh və təhlükəsizlik üçün zəruri olan Cəmmu və Kəşmir mübahisəsinin sülh yolu ilə həllini dəstəkləyir.

Bunu Oxu.Az-a açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib.

XİN rəsmisi bildirib ki, Azərbaycan Hindistan və Pakistanı vəziyyətin daha da gərginləşməsindən çəkinməyə çağıran ölkələrin səsinə qoşulur.

“Azərbaycan Cəmmu və Kəşmir mübahisəsinin sülh yolu ilə həllini dəstəkləyir. Ölkəmiz beynəlxalq hüququn norma və prinsipləri və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, bölgədə zorakılığa son qoyulması, eləcə də, sülh, təhlükəsizlik və rifahın təmin olunmasına yönələn bütün səyləri dəstəkləyir”, - deyə Leyla Abdullayeva qeyd edib.

Qeyd edək ki, Pakistanla Hindistan arasında gərginlik yaranıb. Buna səbəb Hindistan təyyarəsinin Pakistanın hava məkanını pozması olub. Pakistan Hindistanın nəzarətində olan mübahisəli Kəşmir bölgəsinin hava məkanında uçan Hindistan hava qüvvələrinə aid iki qırıcını vurub. Cavab olaraq isə Hindistan Pakistan qırıcısını vurub. 

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri