12 
Mar
2019
00:25
110
40
1115
Virtual karabakh

Səfir: Azərbaycan beynəlxalq terrorçuluğa qarşı mübarizəyə dəstək verir

12 Mar, 2019
00:25
1115

Səfir: Azərbaycan beynəlxalq terrorçuluğa qarşı mübarizəyə dəstək verir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Erl Litzenberqeri qəbul edib.

Görüş zamanı tərəflər iki ölkə arasındakı münasibətlərin hazırkı durumunu ilə bağlı fikir mübadiləsi aparıblar.

Nazir Elmar Məmmədyarov Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən mühüm enerji layihələri, ələlxüsus Cənub Qaz dəhlizi layihəsi haqda məlumat verib və bu layihələrin reallaşdırılmasında ABŞ-ın dəstəyinin təqdir olunduğunu qeyd edib.

Səfir E.Litzenberq Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfələri yüksək qiymətləndirərək, ABŞ-ın bu layihələrə dəstəyini bəyan edib. Səfir habelə Azərbaycanın terrorçuluğa qarşı beynəlxalq mübarizəyə verdiyi dəstəyin əhəmiyyətini vurğulayıb.

Səfir Erl Litzenberqer etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.

Nazir Elmar Məmmədyarov ABŞ-ın yeni təyin olunmuş səfirinə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri