12 
Mar
2019
17:57
212
95
1532
Virtual karabakh

İlham Əliyev Roma Papasına məktub göndərdi

12 Mar, 2019
17:57
1532

İlham Əliyev Roma Papasına məktub göndərdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb.

Məktubun mətni AZƏRTAC-da dərc olunub.

“Tacqoyma Gününüzün ildönümü münasibətilə Sizə və Sizin simanızda bütün həmməzhəblərinizə öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasındakı münasibətlər eyni zamanda dinlər və mədəniyyətlər arasında dialoq və tolerantlıq mühitinin təşviqi üçün bariz nümunədir. İnanıram ki, əməkdaşlıq zəminində addımlarımız bundan sonra da dünyada sülhün və əmin-amanlığın, qarşılıqlı anlaşma və həmrəyliyin bərqərar olmasına xidmət edəcəkdir.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, ali missiyanızda uğurlar diləyirəm”,  - deyə məktubda bildirilir.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri