13 
Mar
2019
16:36
200
72
1979
Virtual karabakh

İlham Əliyev bir sıra görüşlər keçirib - YENİLƏNİB + FOTO

13 Mar, 2019
16:36
1979

İlham Əliyev bir sıra görüşlər keçirib - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Prezident İlham Əliyev martın 13-də Xarici İşlər üzrə Çin Xalq İnstitutunun prezidenti, Çin Xalq Respublikasının xarici işlər nazirinin xüsusi köməkçisi Vu Haylonqu qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə Bakıda keçiriləcək VII Qlobal Forumun əhəmiyyətinə toxunulub, bu tədbirin beynəlxalq əməkdaşlığın gücləndirilməsi işinə töhfə verdiyi vurğulanıb.

Qəbula görə minnətdarlığını bildirən Vu Haylonq Azərbaycana səfərindən və bu tədbirdə iştirakından məmnunluğunu ifadə edib. O, Çin ilə Azərbaycan arasında dostluq münasibətlərinin mövcud olduğunu qeyd edib.

Dövlət başçısı Azərbaycan-Çin əlaqələrinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini deyib və əməkdaşlığımızın yeni mərhələyə qədəm qoyduğunu bildirib. Çinə rəsmi səfərlərini xatırlayan Prezident İlham Əliyev orada Çin Xalq Respublikasının Sədri ilə keçirdiyi görüşlər zamanı iqtisadiyyat, ticarət, infrastruktur, nəqliyyat və digər sahələrdə əlaqələrimizin inkişaf perspektivləri barədə səmərəli müzakirələrin aparıldığını qeyd edib.

 

12:53

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev martın 13-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin bir qrup üzvünü qəbul edib.

Bu barədə AZƏRTAC məlumat yayıb.

12:43

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev martın 13-də BMT İnkişaf Proqramının rəhbərinin müavini, Avropa və MDB üzrə Regional Bürosunun direktoru xanım Miryana Eqqeni qəbul edib.

Bu barədə AZƏRTAC məlumat yayıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri