15 
Mar
2019
13:10
108
160
2522
Virtual karabakh

Baş nazir: “Star” zavodu hər il ölkəyə 850 milyon dollar gəlir gətirəcək

15 Mar, 2019
13:10
2522

Baş nazir: “Star” zavodu hər il ölkəyə 850 milyon dollar gəlir gətirəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Keçən il ölkədə yol infrastrukturuna 1,7 milyard manat vəsait yönəldilib.

Oxu.Az xəbər verir ki, bunu martın 15-də Milli Məclisdə (MM) baş nazir Novruz Məmmədov Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatında bildirib.

Onun sözlərinə görə, keçən il əsaslı təmir edilən, yeni çəkilən yollar 2000 kilometr olub: 

“Ləki-Qəbələ dəmiryolunun artıq 14 kilometri çəkilib. Keçən il iki təyyarə alınıb”.

Baş nazir bildirib ki,  Azərbaycanda 19,2 milyard kubmetr qaz istehsal edilib”.

N.Məmmədov qeyd edib ki, Sumqayıt Kimya Parkında karbamid zavodu fəaliyyətə başlayıb.

Əlavə edib ki, bu zavodda ildə 650 min ton məhsul istehsal ediləcək. 

“Bu zavodun məhsullarının xarici ölkələrə satışından hər il 160 milyon dollar gəlir əldə edilməsi gözlənilir. Türkiyədəki “Star” zavodu isə ölkəyə ilk beş ildə hər il 850 milyon dollardan çox gəlir gətirəcək”, - deyə baş nazir əlavə edib.

Kamil HƏMZƏOĞLU

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri