15 
Mar
2019
13:20
262
76
4048
Virtual karabakh

Millət vəkili: Yüz milyonlar niyə hansısa məmurun “qara sandığını” doldurmalıdır?

15 Mar, 2019
13:20
4048

Millət vəkili: Yüz milyonlar niyə hansısa məmurun “qara sandığını” doldurmalıdır?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mən yenidən Bakıda köhnə və yeni yaşayış məntəqələri ilə bağlı məsələni dilə gətirmək istəyirəm. İnsanlar həmin yaşayış məntəqələrində 20-30 ildir yaşayırlar.

Onlar bütün kommunal xərcləri ödəyirlər. Ancaq onlar orada nə qeydiyyata düşə bilir, nə qanuni şəkildə vergi ödəyirlər. Əslində, onların ödədikləri də hansısa məmurların cibinə gedir.

Oxu.Az xəbər verir ki, bunu parlamentdə hökumətin hesabatında çıxışı zamanı millət vəkili Elmira Axundova deyib.

Millət vəkili hesab edir ki, artıq bu məsələ tam şəkildə öz həllini tapmalıdır. 

“Axı bu pullar niyə büdcədən kənarda qalıb hansısa məmurun “qara sandığını” doldursun? Bu pullar az vəsait deyil, ilə 300-500 milyon aralığında pul edir”, - deyə millət vəkili əlavə edib.

Kamil HƏMZƏOĞLU

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri