19 
Mar
2019
16:08
60
137
2915
Virtual karabakh

YAP rəsmisi: Yataqxanalarda yanğınların qəsdən törədilmə ehtimalı araşdırılır

19 Mar, 2019
16:08
2915

YAP rəsmisi: Yataqxanalarda yanğınların qəsdən törədilmə ehtimalı araşdırılır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Nərimanov rayonunda məcburi köçkünlərin yaşadığı yataqxanada baş vermiş yanğından sonra, məcburi köçkünlərə onların istədiyi formada dəstək göstərilib.

Oxu.Az-ın məlumatına görə, baş nazirin müavini, Yeni Azərbaycan Partiyası İcra katibi-sədr müavini Əli Əhmədov bildirib.

Baş nazirin müavinin sözlərinə görə, həmin şəxslərə müvəqqəti yaşamaq üçün kompensasiya verilib:

“Binanın təmiri ilə əlaqədar işlər görülür. Eyni zamanda, binada baş verən yanğının səbəbləri ciddi şəkildə araşdırılır. Son bir neçə ayda bir neçə belə yanğının baş verməsi bizi iki mənada narahat edir. 

Birincisi, bu yanğının nəticəsindən insanlar əziyyət çəkirlər. Axırıncı yanğında iki nəfər həlak oldu. Əlbəttə bu bizi üzür. Bizim bir narahatlığımız budur. 

İkincisi, dörd dəfə yanğının baş verməsi bizi eyni zamanda başqa mənada düşünməyə vadar edir. Araşdırmaq lazımdır ki, burada hər hansı yanğın törətmə əməli olub, yoxsa yox”.

“Qısa bir zamanda bir neçə yanğının olması bizdə belə fikirlərin yaranmasına səbəb olur. Ona görə də hüquq-mühafizə orqanları bunun üzərində ciddi işləyir ki, hər hansı kənar müdaxilə və ya kiminsə tərəfindən bu işin törədilməsi halları olmasın”, - deyə baş nazirin müavini bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri