30 
Mar
2019
14:22
26
339
1961
Virtual karabakh

Vyana Azərbaycan və Ermənistan liderlərinin gələcək danışıqlarına ev sahibliyi etməyə hazırdır

Avstriya və Vyana Azərbaycan prezidenti və Ermənistan baş naziri arasında gələcək danışıqlara ev sahibliyi etməyə hazırdır.

Bu fikirləri Avstriyanın federal prezidenti Aleksander Van der Bellen “Twitter” səhifəsində yazıb. 

Bundan başqa, o, Azərbaycan prezidenti İlham Əliyevlə keçirdiyi görüşlə bağlı da fikirlərini bölüşüb. 

“Azərbaycan Avstriyanın Cənubi Qafqazda ən vacib ticarət tərəfdaşıdır. Prezident İlham Əliyev və mən məhsuldar görüşümüzü bu yaxşı bünövrənin üzərində qurduq”.

 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri