Apr
2019
18:42
407
70
8734
Virtual karabakh

Azərbaycan daha bir ölkə ilə hərbi sahədə əməkdaşlıq edəcək

7 Apr, 2019
18:42
8734

Azərbaycan daha bir ölkə ilə hərbi sahədə əməkdaşlıq edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Səudiyyə Ərəbistanında rəsmi səfərdə olan Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov bu ölkənin Silahlı Qüvvələri Baş Qərargah rəisi general Faiyad bin Hamed Al Rovaili ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, görüşdə ölkələrimizin orduları arasında əlaqələrin inkişaf perspektivləri, eləcə də hərbi, hərbi-texniki və hərbi təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. 

Görüş zamanı həmçinin “Azərbaycan Respublikası hökuməti və Səudiyyə Ərəbistanı Krallığı hökuməti arasında hərbi sahədə əməkdaşlıq haqqında Saziş” imzalanıb.

 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri