Apr
2019
15:26
41
59
4831
Virtual karabakh

İş adamları baş mühasib təyin edərkən diqqətli olsun - Cərimə yazıla bilər

9 Apr, 2019
15:26
4831

İş adamları baş mühasib təyin edərkən diqqətli olsun - Cərimə yazıla bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Məclisin (MM) aprelin 9-da keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri nəzərdə tutan qanun layihəsi müzakirə edilib.

Oxu.Az-ın xəbərinə görə, Məcəllənin 462-ci maddəsinə (Mühasibat uçotu üzrə qanunvericiliyin pozulması) dəyişiklik təklif edilib. 

Təklif edilən dəyişikliyə əsasən, Məcəllənin 462-ci maddəsinə yeni bənd əlavə olunub.

Dəyişikliyə görə, paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların, iri sahibkarlıq subyektlərinin, büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin rəhbərləri tərəfindən peşəkar mühasib olmayan şəxslərin baş mühasib vəzifəsinə təyin edilməsinə, habelə peşəkar mühasib olmayan şəxslərə baş mühasib vəzifəsinin icrasının həyata keçirilməsinə görə vəzifəli şəxslər 300 manatdan 400 manatadək məbləğdə cərimələnəcək.

Dəyişiklik layihəsi səsə qoyularaq qəbul edilib.

Kamil HƏMZƏOĞLU

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri