11 
Apr
2019
00:01
504
151
3984
Virtual karabakh

İlham Əliyev və Azərbaycanın xarici siyasəti

11 Apr, 2019
00:01
3984

İlham Əliyev və Azərbaycanın xarici siyasəti

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2018-ci ilin aprelində Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirildi və prezident İlham Əliyev bu seçkilərdə inamlı qələbə qazandı. Dövlət başçısı seçkilərə bir hissəsini artıq ilk 12 ayda gördüyümüz dərin siyasi və sosial-iqtisadi islahatlarla qatılıb.

Bu gün bir çoxlarının müzakirə etdiyi və barəsində yazdığı islahatlar ölkədaxili problemlərlə yanaşı, xarici siyasət aspektlərinə də toxundu. Prezident İlham Əliyev bir müddət əvvəl verdiyi müsahibəsində qeyd etmişdi ki, ölkə rəhbərliyi “balanslaşdırılmış xarici siyasət axtarmır, əksinə, xarici siyasətlə milli maraqlarını qoruyur və mümkün riskləri azaldır”. İlham Əliyevin yenidən prezident seçilməsindən sonra hansı işlərin görüldüyünə nəzər yetirmək üçün məhz bu ifadəni əsas götürmək lazımdır.

Müasir dünyada hər bir ölkə beynəlxalq arenada mövqeyini gücləndirəcək, o cümlədən lazım olan məsələlərdə dəstək verəcək güclü xarici siyasət qurmağa çalışır. Azərbaycan üçün xarici siyasət istiqamətində ən əsas məsələlər Dağlıq Qarabağ münaqişəsi və onun həlli, həmçinin beynəlxalq nəqliyyat və enerji layihələridir.

Məlum olduğu kimi, irimiqyaslı beynəlxalq iqtisadi layihələr bu və ya digər ölkəni təkcə iqtisadi gəlir yox, həmçinin beynəlxalq arenada öz səsinə sahib olmaq hüququ verən böyük siyasi stabillik zəmanəti ilə təmin edir.

Buna görə bu və ya digər ölkənin xarici siyasət fəaliyyəti qısamüddətli ola bilməz, burada planlar on illərə, bəlkə də bundan daha çox müddətə qurulur. İlham Əliyev prezident vəzifəsində olarkən, Azərbaycanın uzun müddət Rusiyadan asılı olan Avropanın enerji təhlükəsizliyində əsas oyunçuya çevrilməsinə nail olub.

Cari ilin əvvəlindən işə salınan TAP və TANAP kimi enerji layihələrinin həyata keçirilməsi coğrafi baxımdan kiçik Azərbaycanı böyük enerji oyunçusuna çevirdi. Ölkəmizin bu məsələdə mövqeyi  əsas olmasa da, sonuncu da deyil.

Digər tərəfdən Azərbaycan bu il Avropanı Çinlə birləşdirməli olacaq Bakı-Tbilisi-Qars nəqliyyat layihəsini işə saldı. Sadə dillə desək, bu layihələr ölkəni dünya ölkələri ilə münasibətlərdə yeni səviyyəyə çıxardı və bundan sonra Azərbaycanla vacib geosiyasi ölkə kimi razılaşmaq lazımdır.

Əlbəttə ki, bütün bu layihələrin həyata keçirilməsi dövlət başçısının ölkənin siyasi iradəsi sayəsində dəf etdiyi çətinliklər, maneələr və siyasi risklərsiz ötüşməyib.

Lakin İlham Əliyev bununla kifayətlənmək fikrində deyil və buna görə Azərbaycanı regionda iri siyasi-iqtisadi oyunçuya çevirdikdən sonra dövlət başçısı bütün üstünlüyü beynəlxalq ictimaiyyətin Dağlıq Qarabağla bağlı mövqeyinə çevirməyi bacarıb.

Əgər Qarabağ münaqişəsinin əvvəlində Azərbaycan xarici dəstək baxımından əziyyət çəkirdisə, bu gün bu məsələ artıq tamamilə həll olunub və daha dərinə getsək, beynəlxalq vasitəçilər Qarabağ münaqişəsinin nizamlanması məsələsində daha çox Azərbaycanın mövqeyini dəstəkləyirlər. 

Bunun öz məntiqi var. Belə ki, əgər beynəlxalq ictimaiyyətdən danışsaq, burada söhbət məhz Qərbdən gedir, və Azərbaycanın Ermənistandan və onun ərazi iddialarından həm iqtisadi, həm də siyasi nöqteyi-nəzərdən daha önəmli olduğunu nəzərə alsaq, onlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər.

Əgər martın 29-da Vyanada keçirilən son danışıqlara diqqət yetirsək, aydın olur ki, bu gün Ermənistanın mövqeyi beynəlxalq ictimaiyyət arasında heç vaxt olmadığı kimi zəifdir. Ermənistan rəhbərliyinin, daha dəqiq desək, baş nazir Nikol Paşinyanın danışıqlar masasına Dağlıq Qarabağ separatçılarını əyləşdirmək niyyəti uğursuzluğa düçar oldu, və burada formatın dəyişdirilməsinə qarşı məhz artıq erməni tərəfinin kaprizlərinə dözməyən vasitəçilər çıxış etdilər. Bu səbəbdən Paşinyanın öz auditoriyasına nəyi təsvir etməsinə baxmayaraq, son söz məhz Azərbaycanda qalır.

Digər məsələ isə ondan ibarətdir ki, əgər Nikol Paşinyan öz sələfinin apardığı siyasəti davam etdirsə, onu da eyni aqibət gözləyir. O, erməni xalqına onların rifahının yaxşılaşdırılacağına söz verib, lakin bu, işğalçı siyasətdən imtina etmədən və Azərbaycan və Türkiyə ilə əlaqələr yaratmadan mümkün deyil.

Azərbaycan prezidentinin xarici siyasəti yalnız uğurlu irimiqyaslı iqtisadi layihələr və Ermənistan üzərində diplomatik qələbələrlə kifayətlənmir.

Gözlənilir ki, tezliklə Azərbaycan və Aİ arasında strateji razılıq imzalanacaq, bununla da Bakı və Brüsselin əlaqələri yeni mərhələyə çıxacaq və Azərbaycana Avropanın enerji təhlükəsizliyini təmin edən ölkə kimi xüsusi əhəmiyyət veriləcək.

Əgər İlham Əliyevin son 12 aydakı xarici siyasətini təhlil etsək, qeyd etmək lazımdır ki, dövlət başçısının uzaqgörən siyasəti Azərbaycanı Dağlıq Qarabağ probleminin sülh yolu ilə nizamlanmasına yaxınlaşdırıb, ölkəni regionda vacib geosiyasi oyunçuya çevirib. Ölkənin bütün milli maraqlarını təmin etmək üçün İlham Əliyevin güclü ordusu, güclü iqtisadiyyatı və öz liderinə inanan və etibar edən güclü xalqı var.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri