11 
Apr
2019
17:41
105
322
4119
Virtual karabakh

Matviyenko Bakıdadır - YENİLƏNİB

11 Apr, 2019
17:41
4119

Matviyenko Bakıdadır - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Federasiya Şurasının nümayəndə heyəti palata sədri Valentina Matviyenkonun başçılığı altında Azərbaycana səfərə gəlib. 

BMESTE-RF saytının məlumatına görə, iki günlük səfər çərçivəsində nümayəndə heyəti azərbaycanlı həmkarları ilə görüşəcək.

12:43

Rusiyanın Federasiya şurasının nümayəndə heyəti palata sədri Valentina Matviyenkonun başçılığı altında aprelin 11-də Azərbaycana ikigünlük rəsmi səfər edəcək. Nümayəndə heyətinin ölkə rəhbərliyi və parlamentarilərlə görüşlər keçirəcəyi bildirilir.

Bu barədə TASS Rusiyanın Federasiya Şurasının mətbuat xidmətinə istinadən məlumat yayıb.

Xüsusilə Milli Məclisin sədri Oktay Əsədovla danışıqların keçiriləcəyi vurğulanır.

“Tərəflər geniş istiqamətlər üzrə ikitərəfli əməkdaşlığın indiki vəziyyəti və gələcək perspektivlərini, ikitərəfli və çoxtərəfli əsaslarda parlamentlərarası qarşılıqlı əlaqələrlə bağlı məsələləri müzakirə edəcək”, - o qeyd edib.

Matviyenkonun sözlərinə görə, Rusiya və Azərbaycan ticarətdən və iqtisadiyyatdan tutmuş, humanitar və regionlararası mübadilələrə kimi müxtəlif sahələrdə qarşılıqlı əlaqələri dəstəkləyən stateji tərəfdaşlardır.

Rusiyalı palata sədrinin Azərbaycana səfəri çərçivəsində Bakıda Rusiya mədəniyyət gününün açılış mərasimində iştirak edəcəyi, paytaxtın mədəniyyət, idman və sosial-infrastruktur obyektlərinə baş çəkəcəyi bildirilir.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri