12 
Apr
2019
13:56
31
110
4262
Virtual karabakh

Rəsmi Bakı Paşinyana: Əgər “A” deyilirsə, “B” də deyilməlidir

12 Apr, 2019
13:56
4262

Rəsmi Bakı Paşinyana: Əgər “A” deyilirsə, “B” də deyilməlidir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan baş naziri Nikol Paşinyanın “Hədə-qorxu dilindən istifadəyə son qoymalıyıq” bəyanatına münasibət bildirib.

XİN-nin bəyanatında qeyd olunur ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın münaqişənin həlli kontekstində tez-tez bəyan etdiyi “sülh mühitinin yaradılması” Ermənistan işğalçı qüvvələri Azərbaycan ərazilərindən geri çəkilmədən və oradan zorla qovulmuş azərbaycanlı məcburi köçkünlər geri qayıtmadan mümkün deyil.

“Ermənistan rəhbərliyi bunu aydın şəkildə başa düşməlidir. Əgər “A” deyilirsə, “B” də deyilməlidir. Bunlar ayrılmaz səbəb-nəticə əlaqəsində olan məqamlardır. Bütün bəlaların kökündə duran səbəb məhz Ermənistanın Azərbaycana qarşı yürütdüyü təcavüzkar və işğalçı siyasətidir, nəticələr isə, sülh və qarşılıqlı etimad mühitinin yaradılması da daxil olmaqla yerdə qalan digər məsələlərdir. Bu, bir aksiomdur”, - XİN-dən vurğulanıb.

Qeyd edək ki, dünən Ermənistan baş naziri Nikol Paşinyan Avropa Şurasının baş katibi Turbyern Yaqlandla keçirdiyi birgə mətbuat konfransında deyib ki, Ermənistan və Azərbaycan arasındakı münasibətlərdə hədə-qorxu dilindən istifadəyə son qoyulmalıdır. Məqsəd cəmiyyəti sülhə hazırlamaqdır, müharibəyə yox. 

“Ümid edirik ki, azərbaycanlı tərəfdaşlarımız da bu çağırışımıza cavab verəcək. Bunu edə bilsək, tam fərqli situasiyanın şahidi olacağıq”, - deyə Paşinyan əlavə edib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri