15 
Apr
2019
10:59
42
112
2133
Virtual karabakh

ABŞ səfiri: Azərbaycan “qlobal şərlə” mübarizədə liderdir

15 Apr, 2019
10:59
2133

ABŞ səfiri: Azərbaycan “qlobal şərlə” mübarizədə liderdir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın Azərbaycandakı səfiri Erl Litzenberger Bakının beynəlxalq təhlükəsizliyə, o cümlədən, narkotik vasitələrin dövriyyəsinə qarşı mübarizəyə verdiyi töhfələri təqdir edib.

“Azərbaycan rəhbərliyi  beynəlxalq təhlükəsizliyin təmin olunması sahəsində bizim etibarlı tərəfdaşdır. Narkotikin hər bir ölkə üçün hansı təhlükələri daşıdığını bilirik, Azərbaycan bu beynəlxalq şərlə mübarizədə özünü lider kimi göstərib”, - deyə Litzenberger bildirib.

Səfir bu açıqlamanı bu gün Bakıda Narkotik vasitələrlə mübarizə üzrə 36-cı beynəlxalq konfransın açılışında səsləndirib.

Onun sözlərinə görə, narkomaniya ilə mübarizə “bizim yaxınların və tanışların canını alan öldürücü silaha qarşı mübarizədir”.

“Hələ 2000-ci ildə Azərbaycan beynəlxalq koalisiyaya qoşulub və öz hərbi qulluqçularını sabitliyin təmin olunması üçün Əfqanıstana göndərib. Həmçinin, Əfqanıstana yükdaşımalar üçün marşrutlar təşkil edib”, - deyə səfir qeyd edib.

E.Litzenberger ABŞ-ın Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb.

“Azərbaycan beynəlxalq terror və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizədə ABŞ-ın vacib tərəfdaşıdır. Bizim tərəfdaşlıq bundan sonra daha da böyüyəcək, biz narkotik vasitələrlə mübarizə istiqamətində daha effektiv metodlar yaratmaq niyyətindəyik”, - deyə diplomat diqqətə çatdırıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri